https://sputnik.az/20231213/rusiya-firavan-gelecek-huququnu-inamla-ve-ugurla-mudafie-edir--matviyenko-461269741.html
Rusiya firavan gələcək hüququnu inamla və uğurla müdafiə edir – Matviyenko
Rusiya firavan gələcək hüququnu inamla və uğurla müdafiə edir – Matviyenko
Sputnik Azərbaycan
Rusiya Federasiya Şurasının sədri bildirib ki, Federasiya Şurasının mövcud olduğu 30 il "yetkinlik, inam, sabitlik dövrüdür". 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T12:41+0400
2023-12-13T12:41+0400
2023-12-13T13:00+0400
rusiya
valentina matviyenko
federasiya şurası
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0a/454687882_0:96:2057:1253_1920x0_80_0_0_d053aa195bb3273c27685c32a608b3e9.jpg
BAKI, 13 dekabr — Sputnik. Rusiyanın dünya səhnəsində səsi sərbəst və yüksək səslə səslənməkdə davam edir və ölkə özü müstəqilliyini, təhlükəsizliyini və firavan gələcək hüququnu inamla müdafiə edir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Siyasətçi həmçinin qeyd edib ki, Federasiya Şurası parlamentlərarası əməkdaşlıq vasitəsilə fəal işləyir. "Kollektiv Qərbin müqavimətinə baxmayaraq, ölkəmizin səsi dünya arenasında sərbəst və yüksək səslənməkdə davam edir. Biz planetin əksər dövlətlərinin parlamentləri ilə tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz nüfuzlu parlamentlərarası birliklərin işində fəal iştirak edirik. Burada ölkəmizin mövqeyini qətiyyətlə irəli sürür, öz hərəkətlərimiz, işimiz və təkliflərimizlə inandırıcı şəkildə sübut edirik ki, Rusiyanı təcrid etmək mümkün deyil", - deyə Matviyenko vurğulayıb. Onun sözlərinə görə, Federasiya Şurasının mövcud olduğu 30 il "yetkinlik, inam, sabitlik dövrüdür". Siyasətçi əlavə edib ki, Rusiya siyasi sistemi məhz bu keyfiyyətləri əldə edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0a/454687882_0:0:1827:1370_1920x0_80_0_0_96292e160f7d4b3231109e7ca19ef07f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
valentina matviyenko, federasiya şurası
valentina matviyenko, federasiya şurası
Rusiya firavan gələcək hüququnu inamla və uğurla müdafiə edir – Matviyenko
12:41 13.12.2023 (Yenilənib: 13:00 13.12.2023) Rusiya Federasiya Şurasının sədri bildirib ki, Federasiya Şurasının mövcud olduğu 30 il "yetkinlik, inam, sabitlik dövrüdür".
BAKI, 13 dekabr — Sputnik. Rusiyanın dünya səhnəsində səsi sərbəst və yüksək səslə səslənməkdə davam edir və ölkə özü müstəqilliyini, təhlükəsizliyini və firavan gələcək hüququnu inamla müdafiə edir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Rusiya bu gün öz müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, firavan gələcək hüququnu inamla və uğurla müdafiə edir. Bu şəraitdə dövlət hakimiyyətinin əsas orqanlarından biri kimi Federasiya Şurasının üzərinə çox ciddi məsuliyyət düşür", - deyə o, Palatanın 30 illik yubileyi şərəfinə keçirilən plenar iclasın təntənəli hissəsində bildirib.
Siyasətçi həmçinin qeyd edib ki, Federasiya Şurası parlamentlərarası əməkdaşlıq vasitəsilə fəal işləyir.
"Kollektiv Qərbin müqavimətinə baxmayaraq, ölkəmizin səsi dünya arenasında sərbəst və yüksək səslənməkdə davam edir. Biz planetin əksər dövlətlərinin parlamentləri ilə tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz nüfuzlu parlamentlərarası birliklərin işində fəal iştirak edirik. Burada ölkəmizin mövqeyini qətiyyətlə irəli sürür, öz hərəkətlərimiz, işimiz və təkliflərimizlə inandırıcı şəkildə sübut edirik ki, Rusiyanı təcrid etmək mümkün deyil", - deyə Matviyenko vurğulayıb.
Onun sözlərinə görə, Federasiya Şurasının mövcud olduğu 30 il "yetkinlik, inam, sabitlik dövrüdür". Siyasətçi əlavə edib ki, Rusiya siyasi sistemi məhz bu keyfiyyətləri əldə edib.
"Əsas olan dəyişməz qalıb - Federasiya Şurası həmişə Rusiyanın dövlət quruluşunun dayaq elementlərindən biri və regionların hüquq və maraqlarının prinsipial müdafiəçisi olub və qalır və federal mərkəz və federasiya subyektləri arasında tarazlığı qoruyur, - deyə Matviyenko sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.