Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Federasiya Şurası xaricdəki seçki məntəqələri ilə bağlı xəbərdarlıq edir

Abunə olmaq
Komissiya xaricdəki seçki məntəqələrində, xüsusən də dost olmayan ölkələrdə prezident seçkilərini pozmaq cəhdlərini istisna etmir.
BAKI, 13 dekabr — Sputnik. Rusiya Federasiya Şurasının Rusiya Federasiyasının Dövlət Suverenliyinin qorunması və daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə Komissiyası xaricdəki seçki məntəqələrində, xüsusən də dost olmayan ölkələrdə prezident seçkilərini pozmaq cəhdlərini istisna etmir. Bu barədə komissiyanın illik hesabatında deyilir.

"Xaricdəki seçki məntəqələrində, ilk növbədə, dost olmayan ölkələrdə (yalnız orada deyil) seçkiləri pozmaq üçün çoxsaylı cəhdlər, o cümlədən nümayişlər, mitinqlər, piketlər, təxribatçı təbliğat əməliyyatlarının aparılacağı istisna edilmir", - məlumatda deyilir.

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidRusiya Mərkəzi Seçki Komissiyasının məlumat tablosu, arxiv
Информационное табло ЦИК России   - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumat tablosu, arxiv
Xatırladaq ki, Rusiya Federasiya Şurası ötən dekabrın 7-də keçirilən iclasında Rusiya Federasiyasının Prezidenti seçkilərinin təyin edilməsi haqqında qərar qəbul edib. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası seçkilərin üç gün ərzində - gələn il martın 15-dən 17-dək keçirilməsi barədə qərar qəbul edib.
Vladimir Putin dörd dəfə - 2000, 2004, 2012 və 2018-ci illərdə Rusiya prezidenti vəzifəsinə seçilib. Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək yeni prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0