https://sputnik.az/20231213/rusiya-cop29-un-teskilinde-azerbaycana-destek-vermeye-hazirdir---edelgeriyev--461295423.html
Rusiya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır - Edelgeriyev
Rusiya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır - Edelgeriyev
Sputnik Azərbaycan
Dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı olan Tərəflərin Konfransı COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı... 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T19:58+0400
2023-12-13T19:58+0400
2023-12-13T19:58+0400
rusiya
rusiya
iqlim dəyişikliyi
çərçivə konvensiyası
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453319187_0:0:3013:1696_1920x0_80_0_0_766347f41cc3d755e8f24b962814396e.jpg
BAKI, 13 dekabr - Sputnik. Rusiya Federasiyası gələn il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransının təşkilində Azərbaycana dəstək verməyə hazırdır. Bunu TASS-ın müxbiri ilə söhbətində COP28-də Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.Edelgeriev həmçinin qeyd edib ki, Dubayda çərşənbə günü planlaşdırılandan bir gün gec başa çatan iqlim sammiti “çox iş tələb etsə də, uğurlu sayıla bilər”:"Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı nadir hallarda vaxtında başa çatır və bu da istisna deyildi".Dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı olan Tərəflərin Konfransı COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı təsdiqləyib.Bakının müraciətini təsdiqləmək üçün o, COP28-də iştirak edən Şərqi Avropa Qrupunun üzvlərinin dəstəyini tələb edirdi. Konfrans çərçivəsində keçirilən regional blokun iclasında ölkələr Azərbaycanın namizədliyini dəstəkləyib. Bundan əvvəl Ermənistan Azərbaycanın namizədliyini dəstəkləmək üçün COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453319187_0:0:2729:2047_1920x0_80_0_0_2f61a1c2060cf6f2cfa54dff1e897d69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, iqlim dəyişikliyi, çərçivə konvensiyası, azərbaycan
rusiya, iqlim dəyişikliyi, çərçivə konvensiyası, azərbaycan
Rusiya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır - Edelgeriyev
Dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı olan Tərəflərin Konfransı COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı təsdiqləyib.
BAKI, 13 dekabr - Sputnik. Rusiya Federasiyası gələn il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransının təşkilində Azərbaycana dəstək verməyə hazırdır. Bunu TASS-ın müxbiri ilə söhbətində COP28-də Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.
“O da sevindirici haldır ki, Tərəflərin növbəti, 29-cu Konfransı tarixdə ilk dəfə olaraq keçmiş Sovet İttifaqının respublikalarından birində - Azərbaycanda keçiriləcək. Əmirliyin hazırkı sədrliyi ilə birlikdə bu məsələdə onlara maksimum dəstək verəcəyik”, - deyə xüsusi nümayəndə bildirib.
Edelgeriev həmçinin qeyd edib ki, Dubayda çərşənbə günü planlaşdırılandan bir gün gec başa çatan iqlim sammiti “çox iş tələb etsə də, uğurlu sayıla bilər”:
"Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı nadir hallarda vaxtında başa çatır və bu da istisna deyildi".
Dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı olan Tərəflərin Konfransı COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı təsdiqləyib.
Bakının müraciətini təsdiqləmək üçün o, COP28-də iştirak edən Şərqi Avropa Qrupunun üzvlərinin dəstəyini tələb edirdi. Konfrans çərçivəsində keçirilən regional blokun iclasında ölkələr Azərbaycanın namizədliyini dəstəkləyib. Bundan əvvəl Ermənistan Azərbaycanın namizədliyini dəstəkləmək üçün COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.