Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb müstəqil Fələstin dövləti yaratmaq fikrində deyil - Lavrov

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
İsrail Rusiya və bir sıra digər ölkələrin müraciətlərinə baxmayaraq, Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində yəhudi məskənlərinin yaradılması üzrə fəaliyyətini davam etdirir.
BAKI, 13 dekabr — Sputnik. Qərb ölkələri və İsrail BMT-nin qərarında nəzərdə tutulan Fələstin dövləti yaratmaq fikrində deyillər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında Xarici Siyasət Konsepsiyasının həyata keçirilməsi ilə bağlı çıxışı zamanı deyib.

"Artıq 75 yaşı olan qərarlar var ki, onlara görə heç kimin yaratmadığı ərəb dövləti olan Fələstin İsrailin yanında yaradılmalı idi. Qərbin indi tutduğu mövqeyə baxsaq, görərik ki, onlar Fələstin dövləti yaratmaq fikrində deyillər. Bizim məlumatımıza görə, Qərb və hazırkı İsrail rəhbərliyi dövlət yaratmaq qərarının tələb etdiyi kimi, Qəzzanın İordan çayının qərb sahili ilə birləşməsini istəmir", - deyə Lavrov bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, İsrail Rusiya və bir sıra digər ölkələrin müraciətlərinə baxmayaraq, Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində yəhudi məskənlərinin yaradılması üzrə fəaliyyətini davam etdirir.
Xatıqladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0