Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Narkotik alverçiləri ilk dəfə Rusiya vətəndaşlığından məhrum edildi

© Sputnik / Said Tsarnaev / Mediabanka keçidRusiya pasportu, arxiv şəkli
Rusiya pasportu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
Polis qanunvericiliklə müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş hər iki şəxsdən mefedron aşkar edərək götürüb.
BAKI, 13 dekabr — Sputnik. Moskvada ilk dəfə cinayət törətdiyinə görə Rusiya vətəndaşlığına xitam verilmə barədə qərarlar qəbul edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan iki nəfər vətəndaşlıq pasportlarından məhrum edilib. Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Polis qanunvericiliklə müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş hər iki şəxsdən mefedron aşkar edib: birində 19 bağlama 36,32 qram, ikincisində isə 1 bağlama 3 qram olub. Qeyd olunur ki, hər iki şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və artıq məhkum olunublar.

"Bundan başqa, həmin şəxslərlə bağlı Rusiya Federasiyası vətəndaşlığına xitam verilməsi barədə qərarlar qəbul edilib. Onların etibarlı Rusiya pasportları müsadirə edilib", - məlumatda deyilir.

© Sputnik / Murad OrujovRusiya pasportu,
Голосование по поправкам в Конституцию РФ в посольстве России в Баку - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Rusiya pasportu,
28 aprel 2023-cü il tarixli 138-FZ nömrəli "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" Federal Qanun Rusiya vətəndaşlığına xitam vermək üçün yeni bir institut təqdim edib. Əsaslardan biri də oktyabrın 26-dan qüvvəyə minmiş bu qanunun 24-cü maddəsində siyahısı göstərilən cinayətlərin şəxs tərəfindən törədilməsidir.
Azərbaycan Respublikasının vətəndaşı hansı hallarda vətəndaşlığını itirə bilər?
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
"Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
© Photo : REPORTPasport
Тестирование граждан Азербайджана в Грузии - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Pasport
Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;
Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0