Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda çökən körpü ilə bağlı tədbirlər görülür -Rəsmi açıqlama

© Sputnik / Fuad Hasanov Bakıda tıxac, arxiv şəkli
Bakıda tıxac, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
AAYDA-nın mətbuat xidmətinin rəhbəri bildirib ki, yaranmış problem isə qısa müddət ərzində problem aradan qaldırılacaq.
BAKI, 13 dekabr — Sputnik. Bakıda çökən körpü ilə bağlı tədbirlər görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, körpünün çökməsi barədə xəbər həqiqəti əks etdirmir.
O, bildirib ki, körpünün asfalt örtüyündə aşınma olub. Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur.
"Bu problem isə qısa müddət ərzində problem aradan qaldırılacaq", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə üzündən küçənin hər iki istiqamətində və "Qələbə" dairəsində avtomobillərin sıxlığının yaranması barədə məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0