https://sputnik.az/20231213/azersu-yagis-sularinin-axidilmasina-gore-mesuliyyet-dasimir---resmi-aciqlama---video-461272712.html
"Azərsu" yağış sularının axıdılmasına görə məsuliyyət daşımır - Rəsmi açıqlama - Video
"Azərsu" yağış sularının axıdılmasına görə məsuliyyət daşımır - Rəsmi açıqlama - Video
Sputnik Azərbaycan
Anar Cəbrayıllı bildirib ki, bəzi ərazilərdə su yığılmasının səbəbi yağış xətlərinin, yağış barmaqcıqlarının olmaması ilə əlaqədardır. 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T15:00+0400
2023-12-13T15:00+0400
2023-12-13T16:37+0400
yağış
paytaxt xəbərləri
azərsu
yol
kanalizasiya
tullantı
ərazi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479633_0:320:3072:2048_1920x0_80_0_0_04bc55dae8d570a488c32017fb6c8aa7.jpg
BAKI, 13 dekabr — Sputnik. "Azərsu" ASC yağışdan sonra bəzi küçə və prospektlərdə subasma ilə bağlı yayılmış görüntülərə münasibət bildirib. Azərsu gücləndiirlmiş rejimə keçib Qurumun mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Su Kanal İradəsi və rayon su kanal idarələrinin qəza briqadaları dünəndən gücləndirilmiş iş rejimində çalışırlar. Bakı küçələri suyun içərisində Qeyd edək ki, bu gün paytaxta yağan yağış Bakıda həm nəqliyyatın, həm də piyadaların hərəkətini iflic vəziyyətə salıb. Yağış suları paytaxt yollarını keçilməz edib. Bu səbəbdən avtomobillər, avtobuslar saatlala tıxacda qalıb. Beləcə, yağan bir saatlıq yağışla Bakının nəinki qışa, heç payıza da hazır olmadığı məlum olub. Xatırladaq ki, anoloji problem paytaxtda hər il müşahidə olunur. Yağış yağan kimi paytaxt yolları "Venetsiya"nı xatırladır. Sputnik Azərbaycan-ın payxtaxtın müxtəlif ərazilərində apardığı müşahidələr də bunu təsdiqləyir. Bu gün metronun "Elmlər Akademiyası" stansiyası ətrafında yollar gölə çevrilib. Yağışın yaratdığı göl avtomobillərin hərəkətini çətinləşdirib. Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə də səbəb olub. Gün ərzində yağan intensiv yağış üzündən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb. Nəticədə ərazidə böyük gölməçə meydana gəlib. Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutub və gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.A.Cəbrayıllı məsələ ilə bağlı bildirib ki, bu hal dünən Binəqədi ərazisində yarım saatlıq bir müddət ərzində yaşanıb:“Nasoslarımızda problem yaranıb, aradan qaldırdıq. Dünən günün ikinci yarısından sonra və həmçinin bu gün belə problem baş verməyib”.Yağış suları kanalizasiya xətlərinə axır Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a bildirib ki, bəzi ərazilərdə su yığılmasının səbəbi yağış xətlərinin, yağış barmaqcıqlarının olmaması ilə əlaqədardır:A.Cəbrayıllı onu da bildirib ki, avtomobil yollarınındakı kanalizasiya sistemləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzərətindədir.Həmsöhbətimiz deyib ki, bu gün yağış sularının idarəolunması barədə "Azərsu" ASC-nin nizamnaməsində və xidmət göstərdiyi sferada bir kəlmə belə qeyd yoxdur. Onun sözlərinə görə, "Azərsu" ASC yağış sularının axıdılmasına məsul qurum deyil:Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, kanalizasiya sistemində hər hansı bir problem varsa, əraziyə baxış keçirilib araşdırılmalıdır: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479633_590:587:2537:2048_1920x0_80_0_0_d8aae4296e2273868ec180ccd9eee3d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yağış, azərsu, yol, kanalizasiya, tullantı, ərazi
yağış, azərsu, yol, kanalizasiya, tullantı, ərazi
"Azərsu" yağış sularının axıdılmasına görə məsuliyyət daşımır - Rəsmi açıqlama - Video
15:00 13.12.2023 (Yenilənib: 16:37 13.12.2023) Eksklüziv
Anar Cəbrayıllı bildirib ki, bəzi ərazilərdə su yığılmasının səbəbi yağış xətlərinin, yağış barmaqcıqlarının olmaması ilə əlaqədardır.
BAKI, 13 dekabr — Sputnik. "Azərsu" ASC yağışdan sonra bəzi küçə və prospektlərdə subasma ilə bağlı yayılmış görüntülərə münasibət bildirib.
Azərsu gücləndiirlmiş rejimə keçib
Qurumun mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Su Kanal İradəsi və rayon su kanal idarələrinin qəza briqadaları dünəndən gücləndirilmiş iş rejimində çalışırlar.
"Harada bizim infrastrukturumuz varsa, orada ciddi problem yoxdur. Bizim kanalizasiya şəbəkəmizin olduğu ərazilərdə subasma halları müşahidə olunmayıb", - deyə Anar Cəbrayıllı bildirib.
Bakı küçələri suyun içərisində
Qeyd edək ki, bu gün paytaxta yağan yağış Bakıda həm nəqliyyatın, həm də piyadaların hərəkətini iflic vəziyyətə salıb. Yağış suları paytaxt yollarını keçilməz edib. Bu səbəbdən avtomobillər, avtobuslar saatlala tıxacda qalıb.
Beləcə, yağan bir saatlıq yağışla Bakının nəinki qışa, heç payıza da hazır olmadığı məlum olub. Xatırladaq ki, anoloji problem paytaxtda hər il müşahidə olunur. Yağış yağan kimi paytaxt yolları "Venetsiya"nı xatırladır. Sputnik Azərbaycan-ın payxtaxtın müxtəlif ərazilərində apardığı müşahidələr də bunu təsdiqləyir.
Bu gün metronun "Elmlər Akademiyası" stansiyası ətrafında yollar gölə çevrilib. Yağışın yaratdığı göl avtomobillərin hərəkətini çətinləşdirib.
Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə də səbəb olub. Gün ərzində yağan intensiv yağış üzündən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb. Nəticədə ərazidə böyük gölməçə meydana gəlib. Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutub və gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
A.Cəbrayıllı məsələ ilə bağlı bildirib ki, bu hal dünən Binəqədi ərazisində yarım saatlıq bir müddət ərzində yaşanıb:
“Nasoslarımızda problem yaranıb, aradan qaldırdıq. Dünən günün ikinci yarısından sonra və həmçinin bu gün belə problem baş verməyib”.
Yağış suları kanalizasiya xətlərinə axır
Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a bildirib ki, bəzi ərazilərdə su yığılmasının səbəbi yağış xətlərinin, yağış barmaqcıqlarının olmaması ilə əlaqədardır:
"Sabunçuda bəzi ərazilərdən zənglər daxil olur ki, kanalizasiya şəbəkəsi olmadığından küçələr su ilə dolub. Nəzərinizə çatdırım ki, infrastruktur olmayan yerlərə "Azərsu" ASC heç bir xidmət göstərmir. Haradaki bizim kanalizasiya şəbəkəmiz var, orada yağış problem yaratmayıb".
A.Cəbrayıllı onu da bildirib ki, avtomobil yollarınındakı kanalizasiya sistemləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzərətindədir.
Həmsöhbətimiz deyib ki, bu gün yağış sularının idarəolunması barədə "Azərsu" ASC-nin nizamnaməsində və xidmət göstərdiyi sferada bir kəlmə belə qeyd yoxdur. Onun sözlərinə görə, "Azərsu" ASC yağış sularının axıdılmasına məsul qurum deyil:
"Bizim kanalizasiya kollektorları hansı həcmdə su götürə bilirsə, biz o qədər suyun daşınmasını təmin edirik. "Su təchizatı və tullantı suları haqqında" qanunun 39-cu maddəsində "Kanalizasiya sisteminə axıdılmanın (atılmanın) qadağan edilməsi" barədə bənd var. Bu maddədə ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən nələrin axıdılmasının (atılmasının) qadağan olduğu qeyd olunub. Həmin bəndlərdən biri də yağış sularıdır. Qanunda da göstərilir ki, yağış sularının kanalizasiyaya axıdılması qadağandır. Amma bu gün paytaxtda ayrıca yağış xətləri olmadığından, yağış suları da kanalizasiya xətlərinə axıdılır".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, kanalizasiya sistemində hər hansı bir problem varsa, əraziyə baxış keçirilib araşdırılmalıdır:
"Kanalizasiya sistemlərinə daimi olaraq nəzərət olunur. Xüsusilə də qış aylarında lazımi səviyyədə tədbirlər görülür. Həmin ərazidə də kanalizasiya sistemində problem varsa, əraziyə baxış keçirilib araşdırdıqdan sonra tez bir zamanda problem aradan qaldırılacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.