https://sputnik.az/20231213/azerbaycanda-rus-dilinin-oyrenilmesi-ucun-yeni-imkanlar-yaranib-461286828.html
Azərbaycanda rus dilinin öyrənilməsi üçün yeni imkanlar yaranıb
Azərbaycanda rus dilinin öyrənilməsi üçün yeni imkanlar yaranıb
Sputnik Azərbaycan
Dekabrın 14-də Sumqayıt şəhərində “İnter School Company” təhsil təşkilatının bazasında növbəti resurs mərkəzi açılacaqdır. 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T17:00+0400
2023-12-13T17:00+0400
2023-12-13T17:00+0400
rusiya
rusiya
yay məktəbi
rus dili
bakıdakı rus evi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461263649_126:236:1198:839_1920x0_80_0_0_4be9c5b264ef25c2b5b508b9f7170aae.jpg
BAKI, 13 dekabr — Sputnik. Bakıdakı Rus Evi dekabrın 13-də Xaçmaz şəhərindəki "Yay məktəbi" təhsil təşkilatının bazasında Azərbaycanda rus dilinin öyrənilməsi üzrə ilk resurs mərkəzini açıb. Açılış mərasimində "Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Xaçmaz şəhər İcra Hakimiyyətinin nümayəndəsi, "Yay məktəbi" resurs mərkəzinin direktoru Kəmalə Niftəliyeva iştirak ediblər. "Əsas vəzifə rus dilinin inkişafı və təbliği sahəsində qarşılıqlı əlaqəni genişləndirmək, rus dilində təhsilə çıxışı təmin etmək, yeni müasir təhsil məkanından - rus dilinin resurs mərkəzlərindən istifadə etməklə rus dilində tədris və bədii ədəbiyyatın mövcudluğunu təmin etməkdir", - deyə "Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov bildirib. Resurs mərkəzi hansı imkanları verir? Resurs mərkəzinə kimlər gələ bilər? Mərkəzə gəlmə şərtləri: Rus dili Mərkəzində hər kəs dil öyrənməyə başlaya, Rusiyada təhsil almaq imkanı haqqında məlumat əldə edə, təhsil, mədəni-maarif tədbirlərində iştirak edə biləcək. Növbəti resurs mərkəzi dekabrın 14-də Sumqayıt şəhərində "İnter School Company" təhsil təşkilatının bazasında, dekabrın 16-da isə Gəncədə Rus İcmasının filialında açılacaq. Bu yaxınlarda, noyabr ayında "Rossotrudniçestvo" Rusiya Federasiyasının "Rus dilinin xaricdə dəstəklənməsi və təbliği" Dövlət Proqramı çərçivəsində Xaçmaz, Sumqayıt, Gəncə şəhərlərində əlavə təhsil sisteminin təhsil müəssisələrini avadanlıq, bədii ədəbiyyat və tədris mebelləri ilə təchiz edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231117/azerbaycan-humanitar-elaqelerin-inkisafina-boyuk-ehemiyyet-verir---sahibe-qafarova-460634191.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461263649_81:0:1200:839_1920x0_80_0_0_715a8676d94d761ef1ffafd0eacac320.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, yay məktəbi, rus dili, bakıdakı rus evi
rusiya, yay məktəbi, rus dili, bakıdakı rus evi
Azərbaycanda rus dilinin öyrənilməsi üçün yeni imkanlar yaranıb
Dekabrın 14-də Sumqayıt şəhərində “İnter School Company” təhsil təşkilatının bazasında növbəti resurs mərkəzi açılacaqdır.
BAKI, 13 dekabr — Sputnik. Bakıdakı Rus Evi dekabrın 13-də Xaçmaz şəhərindəki "Yay məktəbi" təhsil təşkilatının bazasında Azərbaycanda rus dilinin öyrənilməsi üzrə ilk resurs mərkəzini açıb.
Açılış mərasimində "Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Xaçmaz şəhər İcra Hakimiyyətinin nümayəndəsi, "Yay məktəbi" resurs mərkəzinin direktoru Kəmalə Niftəliyeva iştirak ediblər.
"Əsas vəzifə rus dilinin inkişafı və təbliği sahəsində qarşılıqlı əlaqəni genişləndirmək, rus dilində təhsilə çıxışı təmin etmək, yeni müasir təhsil məkanından - rus dilinin resurs mərkəzlərindən istifadə etməklə rus dilində tədris və bədii ədəbiyyatın mövcudluğunu təmin etməkdir", - deyə "Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov bildirib.
Resurs mərkəzi hansı imkanları verir?
müxtəlif yaşlar üçün kurslarda rus dilini öyrənmək;
mütəmadi olaraq keçiriləcək maarifləndirici və mədəni tədbirlərdə iştirak etmək;
Rusiyada ali təhsil almaq haqqında müvafiq məlumat almaq.
Resurs mərkəzinə kimlər gələ bilər?
- rus dilinə maraq göstərən hər kəs;
- əvvəlcədən hazırlıq olmadan dili sıfırdan öyrənmək mümkündür;
yalnız rus dilini öyrənən qruplar üçün öncədən qeydiyyatdan keçmək tələb olunur;
bütün digər tədbirlərdə əvvəlcədən qeydiyyatdan keçmədən iştirak etmək mümkündür;
mərkəzin xidmətləri pulsuz olaraq təqdim olunur.
Rus dili Mərkəzində hər kəs dil öyrənməyə başlaya, Rusiyada təhsil almaq imkanı haqqında məlumat əldə edə, təhsil, mədəni-maarif tədbirlərində iştirak edə biləcək.
Növbəti resurs mərkəzi dekabrın 14-də Sumqayıt şəhərində "İnter School Company" təhsil təşkilatının bazasında, dekabrın 16-da isə Gəncədə Rus İcmasının filialında açılacaq.
Bu yaxınlarda, noyabr ayında "Rossotrudniçestvo" Rusiya Federasiyasının "Rus dilinin xaricdə dəstəklənməsi və təbliği" Dövlət Proqramı çərçivəsində Xaçmaz, Sumqayıt, Gəncə şəhərlərində əlavə təhsil sisteminin təhsil müəssisələrini avadanlıq, bədii ədəbiyyat və tədris mebelləri ilə təchiz edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.