Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna üzrə sülh danışıqları Putinin şərtləri ilə baş tutacaq

© Sputnik / Павел БедняковRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Abunə olmaq
Ukrayna heç vaxt Qərb siyasətçilərinin dediyi kimi demokratik dövlət olmayıb, çünki ölkə hökuməti Prezident Vladimir Zelenskiyə qarşı çıxan hər kəsi repressiya edir.
BAKI, 11 dekabr — Sputnik. Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqları Rusiya Prezidenti Vladimir Putinin şərtləri ilə baş tutacaq.
Bunu siyasi şərhçi Cimmi Dor bildirib.
"Ukraynaya nə qədər milyardla dollar göndərsəniz də, o, heç vaxt Rusiyanı məğlub edə bilməyəcək. Ukraynalılar münaqişəni uduzublar və hazırda onlar sülh sazişi ilə razılaşmalı olacaqlar", - deyə Dor özünün "YouTube" şousunda qeyd edib.
O, həmçinin qeyd edib ki, Ukrayna heç vaxt Qərb siyasətçilərinin dediyi kimi demokratik dövlət olmayıb, çünki ölkə hökuməti Prezident Vladimir Zelenskiyə qarşı çıxan hər kəsi repressiya edir.
Onu da əlavə edək ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərbin Ukraynanı silahla təmin etməyi dayandırması və ölkənin özünün də yeni ərazi reallıqlarını qəbul etməsi ilə orada davamlı sülh bərqərar olacaq.
Xəbər lenti
0