Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya FHN Qəzzaya növbəti 17,5 ton humanitar yardım göndərəcək

© Sputnik / Андрей Стенин / Mediabanka keçidRusiya FHN təyyarəsi, arxiv şəkli
Rusiya FHN təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Abunə olmaq
Bildirilir ki, təyyarə artıq Misirin Əl-Ariş şəhərinə uçub.
BAKI, 11 dekabr - Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qəzza zolağının əhalisi üçün 17,5 ton humanitar yardım çatdıracaq.
Bu barədə nazirliyin açıqlamasında bildirilir.
Anklav sakinlərinə ərzaq, dərman, yorğan və paltar veriləcək. Təyyarə artıq Misirin Əl-Ariş şəhərinə uçub.
"Humanitar yük Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələri vasitəsilə Qəzza zolağına çatdırılacaq", - deyə Rusiya FHN bildirib.
Bu yaxınlarda Rusiya Fövqəladə Hallar Nazirliyinin Qəzzadan təxliyə edilmiş 100 rusiyalını və onların ailə üzvlərini Moskvaya çatdırdığı bildirilir.
Xatıqladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Xəbər lenti
0