https://sputnik.az/20231211/nariskin-qerb-getdikce-daha-cox-zelenskinin-evez-edilmesinin-zeruriliyini-muzakire-edir-461219992.html
Narışkin: Qərb getdikcə daha çox Zelenskinin əvəz edilməsinin zəruriliyini müzakirə edir
Narışkin: Qərb getdikcə daha çox Zelenskinin əvəz edilməsinin zəruriliyini müzakirə edir
Sputnik Azərbaycan
Xarici siyasətçilər Ukrayna prezidentinin həddini aşdığı qənaətinə gəliblər. 11.12.2023, Sputnik Azərbaycan
2023-12-11T15:58+0400
2023-12-11T15:58+0400
2023-12-11T16:02+0400
sergey narışkin
rusiya
vladimir zelenski
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446909124_0:155:3089:1893_1920x0_80_0_0_480395f38e7fd92a3c1c30b06918e445.jpg
BAKI, 11 dekabr - Sputnik. Qərbdəki yüksək vəzifəli rəsmilər Ukrayna Prezidenti Vladimir Zelenskinin dəyişdirilməsinin zəruriliyini getdikcə daha çox müzakirə edirlər. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin deyib. “Qərbin aparıcı ölkələrinin yüksək rütbəli məmurlarının Ukraynanın hazırkı prezidentinin əvəz edilməsinin zəruriliyini öz aralarında getdikcə daha çox müzakirə etdiyi barədə Xarici Kəşfiyyat Xidmətinə etibarlı məlumatlar daxil olur”, - deyə XKX mətbuat xidməti Narışkindən sitat gətirir. Bildirilir ki, bunun səbəbləri arasında Qərbdə Ukrayna liderinin Rusiyanı məğlub etmək üçün yerinə yetirilməmiş vədləri, həmçinin Zelenskinin xarici tərəfdaşlarla ünsiyyətdə sonsuz kobudluğu var. Bundan əlavə, Qərb siyasətçiləri Ukraynadakı hədsiz qohumbazlıq və korrupsiyadan şoka düşüblər. “Lakin əsas odur ki, Zelenskinin Vaşinqton və onun müttəfiqlərinin maraqları naminə Rusiya ilə münaqişədə manevr etmək qabiliyyətini itirməsidir”, - deyə XKX vurğulayır. Rusiya Xarici Kəşfiyyat Xidmətindən olan məlumata görə, Qərb siyasətçiləri Ukrayna liderinin Rusiya ilə silahlı qarşıdurmanın qalib gələnə qədər barışmaz tərəfdarı imicini yaratmaqda həddindən artıq irəli getdiyi qənaətinə gəliblər. XKX açıqlayıb ki, Zelenskinin əvəz edilməsi zərurəti tezliklə yarana bilər. Hazırki prezidentin Qərbdəki əvəz ediciləri arasında Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı və ya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, həmçinin Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və bəzi digər namizədlər nəzərdən keçirilir. Qərbin Zelenskini başqasıyla əvəz etmək istədiyi barədə bu yaxınlarda “Asia Times” məlumat yayıb. Zelenskinin ya növbəti ilin yazında keçiriləcək prezident seçkilərindən sonra gedəcəyi, ya da bu seçimə müqavimət göstərəcəyi təqdirdə yenə də “Maydan” nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı dəqiqləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446909124_180:0:2909:2047_1920x0_80_0_0_0ca748cfa321ee35335d81fb3b861cdd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey narışkin, vladimir zelenski, qərb
sergey narışkin, vladimir zelenski, qərb
Narışkin: Qərb getdikcə daha çox Zelenskinin əvəz edilməsinin zəruriliyini müzakirə edir
15:58 11.12.2023 (Yenilənib: 16:02 11.12.2023) Xarici siyasətçilər Ukrayna prezidentinin həddini aşdığı qənaətinə gəliblər.
BAKI, 11 dekabr - Sputnik. Qərbdəki yüksək vəzifəli rəsmilər Ukrayna Prezidenti Vladimir Zelenskinin dəyişdirilməsinin zəruriliyini getdikcə daha çox müzakirə edirlər.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin deyib.
“Qərbin aparıcı ölkələrinin yüksək rütbəli məmurlarının Ukraynanın hazırkı prezidentinin əvəz edilməsinin zəruriliyini öz aralarında getdikcə daha çox müzakirə etdiyi barədə Xarici Kəşfiyyat Xidmətinə etibarlı məlumatlar daxil olur”, - deyə XKX mətbuat xidməti Narışkindən sitat gətirir.
Bildirilir ki, bunun səbəbləri arasında Qərbdə Ukrayna liderinin Rusiyanı məğlub etmək üçün yerinə yetirilməmiş vədləri, həmçinin Zelenskinin xarici tərəfdaşlarla ünsiyyətdə sonsuz kobudluğu var. Bundan əlavə, Qərb siyasətçiləri Ukraynadakı hədsiz qohumbazlıq və korrupsiyadan şoka düşüblər.
“Lakin əsas odur ki, Zelenskinin Vaşinqton və onun müttəfiqlərinin maraqları naminə Rusiya ilə münaqişədə manevr etmək qabiliyyətini itirməsidir”, - deyə XKX vurğulayır.
Rusiya Xarici Kəşfiyyat Xidmətindən olan məlumata görə, Qərb siyasətçiləri Ukrayna liderinin Rusiya ilə silahlı qarşıdurmanın qalib gələnə qədər barışmaz tərəfdarı imicini yaratmaqda həddindən artıq irəli getdiyi qənaətinə gəliblər.
XKX açıqlayıb ki, Zelenskinin əvəz edilməsi zərurəti tezliklə yarana bilər. Hazırki prezidentin Qərbdəki əvəz ediciləri arasında Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı və ya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, həmçinin Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və bəzi digər namizədlər nəzərdən keçirilir.
Qərbin Zelenskini başqasıyla əvəz etmək istədiyi barədə bu yaxınlarda “Asia Times” məlumat yayıb. Zelenskinin ya növbəti ilin yazında keçiriləcək prezident seçkilərindən sonra gedəcəyi, ya da bu seçimə müqavimət göstərəcəyi təqdirdə yenə də “Maydan” nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı dəqiqləşdirilib.