https://sputnik.az/20231210/rusiya-federasiyasi-ukraynadaki-munaqiseden-evvelkinden-qat-qat-guclenib---lavrov-461209519.html
Rusiya Federasiyası Ukraynadakı münaqişədən əvvəlkindən qat-qat güclənib - Lavrov
Rusiya Federasiyası Ukraynadakı münaqişədən əvvəlkindən qat-qat güclənib - Lavrov
Sputnik Azərbaycan
RF XİN rəhbəri bildirib ki, ABŞ-ın Ukraynanın əli ilə Rusiyaya qarşı başlatdığı müharibənin nəticəsi artıq görünməkdədir. 10.12.2023, Sputnik Azərbaycan
2023-12-10T16:41+0400
2023-12-10T16:41+0400
2023-12-10T16:46+0400
rusiya
sergey lavrov
abş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/08/461179854_0:0:3006:1691_1920x0_80_0_0_b32aa4d1c51e0ad700f9cf47a8a3f63f.jpg
BAKI, 10 dekabr - Sputnik. Rusiya artıq xeyli güclənib, bu, ABŞ-ın Ukraynanın əli ilə başlatdığı hərbi əməliyyatların əsas nəticəsidir. TASS xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxış edib.Onun sözlərinə görə, ABŞ-ın Ukraynanın əli ilə Rusiyaya qarşı başlatdığı müharibənin nəticəsi artıq görünür.Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib.Alyans isə, həmin vaxt ərzində, Moskvanın etirazlarına baxmayaraq, durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/08/461179854_174:0:2903:2047_1920x0_80_0_0_8da7540b79c5785ef9f7fb11ab066755.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, abş, ukrayna
sergey lavrov, abş, ukrayna
Rusiya Federasiyası Ukraynadakı münaqişədən əvvəlkindən qat-qat güclənib - Lavrov
16:41 10.12.2023 (Yenilənib: 16:46 10.12.2023) RF XİN rəhbəri bildirib ki, ABŞ-ın Ukraynanın əli ilə Rusiyaya qarşı başlatdığı müharibənin nəticəsi artıq görünməkdədir.
BAKI, 10 dekabr - Sputnik. Rusiya artıq xeyli güclənib, bu, ABŞ-ın Ukraynanın əli ilə başlatdığı hərbi əməliyyatların əsas nəticəsidir. TASS xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxış edib.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynanın əli ilə Rusiyaya qarşı başlatdığı müharibənin nəticəsi artıq görünür.
"Siz NATO-nun genişlənməsini qeyd etdiniz, amma bizim üçün və yeri gəlmişkən, bunu daha sonra hiss edəcək başqaları üçün əsas nəticə odur ki, Rusiya artıq bu hadisələrdən əvvəlkindən xeyli güclənib”, - deyə Lavrov bildirib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib.
Alyans isə, həmin vaxt ərzində, Moskvanın etirazlarına baxmayaraq, durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.