Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Yol polisindən piyadaların üstünə su sıçradan sürücülərə nəzakət dərsi

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)DYP əməkdaşı
DYP əməkdaşı - Sputnik Azərbaycan, 1920, 09.12.2023
Abunə olmaq
Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, onların üst-başlarını batırırlar.
BAKI, 9 dekabr - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb.
Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) yayıb.
Məlumatda bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.
“Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, onların üst-başlarını batırırlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir.
Eyni zamanda, piyadalardan da xahiş olunur ki, sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etsinlər. Çünki gecə vaxtı işıqlandırılmayan yol sahələrində qara geyimli piyadanı sürücü görmür, nəticədə isə yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmaz olur”.
Xəbər lenti
0