Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin "Rossiya Seqodnya"nı yubileyi münasibətilə təbrik edib

© SputnikДмитрий Кисилев и Вячеслав Володин
Дмитрий Кисилев и Вячеслав Володин - Sputnik Azərbaycan, 1920, 09.12.2023
Abunə olmaq
Dyma sədri media qrupunun komandasına uğurlar arzulayaraq, onların “yüksək peşəkarlığı, yaradıcı və biznesə məsuliyyətli yanaşması ilə seçildiklərini” qeyd edib.
BAKI, 9 dekabr - Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, “Rossiya Seqodnya” komandası və onun baş direktoru Dmitri Kiselyovu media qrupunun 10 illik yubileyi münasibəti ilə təbrik edib.
“Rossiya Seqodnya ölkəmizdə və ondan kənarda baş verən hadisələri obyektiv şəkildə işıqlandırır. Xəbər jurnalistikasının ən yaxşı standartlarına əsaslanaraq, yeni formatlardan və müasir texnologiyalardan istifadə etməklə medianın inkişafına öz töhfəsini verir”, – Dövlət Duması sədrinin təbrik teleqramında deyilir.
Volodin media qrupunun komandasına uğurlar arzulayaraq, onların “yüksək peşəkarlığı, yaradıcı və biznesə məsuliyyətli yanaşması ilə seçildiklərini” qeyd edib.
"Rossiya Seqodnya" beynəlxalq media qrupu qeyd olunan rusdilli informasiya resurslarını birləşdirir: РИА Новости, Sputnik radiosu, ПРАЙМ, ИноСМИ, Baltnews, Украина.ru, Социальный Навигатор, KOT və Arctic.ru. Onu xaricdə beynəlxalq xəbər agentliyi və Sputnik radiosu təmsil edir.
Media qrupunun əsas məhsullarından biri rus, ingilis, çin, ispan, ərəb və fars dillərində informasiya lentləridir. “Rossiya Seqodnya” beynəlxalq auditoriyaya, biznes ictimaiyyətinə, dövlət qurumlarına və geniş istifadəçilərə yönəlmiş ən böyük Rusiya informasiya məhsulları istehsalçısıdır.
Михаил Мишустин - Sputnik Azərbaycan, 1920, 09.12.2023
RUSİYA
Mişustin “Rossiya seqodnya”nı 10 illik yubileyi münasibətilə təbrik edib
Xəbər lenti
0