Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Ukrayna ilə hansı şərtlər daxilində sülh bağlayacağını açıqlayıb

© Sputnik / Максим БлиновЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.12.2023
Abunə olmaq
Zaxarova deyib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.
BAKI, 9 dekabr - Sputnik. Ukraynada davamlı sülh o zaman mümkündür ki, Qərb Kiyevə silah ötürməyi dayandırsın və ölkə rəhbərliyi “yeni ərazi reallıqlarını” qəbul etsin”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Frans Press” (AFP) agentliyinə bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.
Qadın diplomat qeyd edib ki, Ukrayna Rusiyanın təslim olmasında israrlıdır, lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə danışmayacaq.
Zaxarova həmçinin bildirib ki, Ukraynada münaqişənin həllinin “Koreya” modelini zorla tətbiq etmək cəhdləri nəticəsiz qalıb, başqa həll yollarına ehtiyac var.
Xəbər lenti
0