Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

© AFP 2023 / KIRILL KUDRYAVTSEVRusiya Dövlət Duması, arxiv
Rusiya Dövlət Duması, arxiv - Sputnik Azərbaycan, 1920, 08.12.2023
Abunə olmaq
Nümayəndə heyəti dekabrın 8-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 8-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0