https://sputnik.az/20231208/blinken-ukraynaya-herbi-yardimin-90-i-abs-in-ozunde-xerclenib-ve-iqtisadi-artima-yonelib-461171888.html
Blinken: Ukraynaya hərbi yardımın 90%-i ABŞ-ın özündə xərclənib və iqtisadi artıma yönəlib
Blinken: Ukraynaya hərbi yardımın 90%-i ABŞ-ın özündə xərclənib və iqtisadi artıma yönəlib
Sputnik Azərbaycan
ABŞ-ın dövlət katibi Entoni Blinken əlavə edib ki, bu səbəbdən ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirməlidir. 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T22:37+0400
2023-12-08T22:37+0400
2023-12-08T22:37+0400
entoni blinken
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
hərbi
yardım
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_0:0:2186:1230_1920x0_80_0_0_fddb9be23b48f448c0f1480832e08bea.jpg
BAKI, 8 dekabr — Sputnik. ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcminin 90%-i ABŞ-ın özündə Kiyevə təhvil verilən silahların istehsalına xərclənib və bununla da iqtisadi artımı təmin edib. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken söyləyib. Blinken əlavə edib ki, bu səbəbdən ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirməlidir. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib.Alyans isə, həmin vaxt ərzində, Moskvanın etirazlarına baxmayaraq, durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_134:0:2077:1457_1920x0_80_0_0_710ff96fdee5dd18fb3bd5beeca46b9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
entoni blinken, hərbi, yardım, ukrayna
entoni blinken, hərbi, yardım, ukrayna
Blinken: Ukraynaya hərbi yardımın 90%-i ABŞ-ın özündə xərclənib və iqtisadi artıma yönəlib
ABŞ-ın dövlət katibi Entoni Blinken əlavə edib ki, bu səbəbdən ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirməlidir.
BAKI, 8 dekabr — Sputnik. ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcminin 90%-i ABŞ-ın özündə Kiyevə təhvil verilən silahların istehsalına xərclənib və bununla da iqtisadi artımı təmin edib. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken söyləyib.
"Təqdim etdiyimiz hərbi yardımın 90 faizi əslində burada - ABŞ-da bizim istehsalçılarımız və istehsalatımızla birlikdə xərclənib. Bu isə, ABŞ-da daha çox iş yerləri, öz iqtisadiyyatımız üçün daha çox artım yaradıb", – deyə o, jurnalistlərə bildirib.
Blinken əlavə edib ki, bu səbəbdən ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirməlidir.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib.
Alyans isə, həmin vaxt ərzində, Moskvanın etirazlarına baxmayaraq, durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.