Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verib

© AFP 2024 / MARVIN RECINOSМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Həmin şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil veriliblər.
BAKI, 7 dekabr — Sputnik. Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Rusiya Federasiyasında zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əməlinin törədilməsində təqsirləndirilən Türkmənistan vətəndaşı Atamıradov Maqtımqulı Atamıradoviçin və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar qəsdən adam öldürmə və quldurluq əməllərinin törədilməsində təqsirləndirilən Rusiya vətəndaşı Nəsirov Sərdar Süleyman oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma əməlinin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Mikailov Misir Babaqədir oğlunun barəsində çıxarılmış hökmün icrasını təmin etmək üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
M.Atamıradov cari ilin sentyabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, S.Nəsirov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərilə, M.Mikailov isə bu ilin avqust ayında Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və barələrində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan şəxslər barəsində "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərarlar qəbul edilib və onlar bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil veriliblər.
15.11.23, 16:35
Dava salıb görüntüləri yayan azərbaycanlı bloger Rusiyaya ekstradisiya edilib
Azərbaycan hüquq-mühafizə orqanları Rusiya Baş Prokurorluğunun tələbi ilə 18 yaşlı bloqer və “Jizn brodyaqi” Telegram kanalının administratoru Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.
“Kommersant” nəşrinin yazdığına görə, Tural Məmmədov, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə məsuliyyətə cəlb olunacaq.
Tural Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə görüntüləri “Telegram”da yerləşdirib.
Şübhəli Rusiya hüquq-mühafizə orqanlarından yayındığı üçün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Rusiya Federasiyası Baş Prokurorluğu onu beynəlxalq axtarışa verib.
03.11.23, 12:14
Sankt-Peterburqda dava salıb görüntüləri yayan dəstənin başçısı Azərbaycanda saxlanılıb
Sankt-Peterburqda bir neçə davanın iştirakçısı olan yeniyetmə dəstənin 18 yaşlı başçısı Tural Məmmədov Azərbaycanda saxlanılıb və Rusiyaya təhvil veriləcək.
"O, həbs edilib, hazırda ekstradisiyası gözlənilir", - Rusiya KİV Sankt-Peterbuqda azərbaycanlıların diaspora təşkilatının başçısı Vaqif Məmişova istinadən bildirir.
Rusiya İstintaq Komitəsinin məlumatına görə yeniyetmələrdən ibarət dəstə Peterburqda dəfələrlə yoldan keçənlərə hücum edərək dava salıb və daha sonra hadisənin görüntülərini Teleqram kanalında yerləşdirib.
Qurum oktyabrın sonlarından dəstə üzvlərinin aşkarlanması məqsədilə müxtəlif yerlərdə axtarışlar keçirib.
Bildirilir ki, axtarışlar başlayandan Tural Məmmədov Rusiyanı tərk edib. Sankt-Peterburqda ona qarşı cinayət işi açılıb.
Xəbər lenti
0