https://sputnik.az/20231206/zaxarova-fransanin-ermenistana-zirehli-texnika-tedarukune-munasibet-bildirdi-461127494.html
Zaxarova Fransanın Ermənistana zirehli texnika tədarükünə münasibət bildirdi
Zaxarova Fransanın Ermənistana zirehli texnika tədarükünə münasibət bildirdi
Sputnik Azərbaycan
Ermənistanın "Armenpress" dövlət agentliyi Fransa Senatının daxili sənədinə istinadən xəbər verir ki, Fransa Ermənistana "Arquus" şirkətinin istehsalı olan... 06.12.2023, Sputnik Azərbaycan
2023-12-06T15:51+0400
2023-12-06T15:51+0400
2023-12-06T15:55+0400
rusiya
mariya zaxarova
fransa
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0d/460507052_0:139:3078:1870_1920x0_80_0_0_ca5d77b98ad30d380f55a2e59048116e.jpg
BAKI, 6 dekabr — Sputnik. Fransanın Ermənistana tədarük edəcəyi "Bastion" zirehli texnikası qeyri-likviddir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Diplomat Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyanın Ermənistanın silahlara görə pul almadığına görə Rusiya Federasiyasını məhkəməyə vermək fikrində olmadığı, problemin tərəfdaşlıq şəraitində həll edilməli olduğu barədə bəyanatını da şərh edib."İndi dediyiniz məsələ ilə bağlı problemlərin tərəfdaşlıq şəraitində həllinin zəruriliyi ilə bağlı bəyanatı ancaq alqışlaya bilərik", - Zaxarova deyib. Ermənistanın "Armenpress" dövlət agentliyi Fransa Senatının daxili sənədinə istinadən xəbər verir ki, Fransa Ermənistana "Arquus" şirkətinin istehsalı olan ümumilikdə 50 "Bastion" zirehli texnikası tədarük edəcək, həmçinin "Sezar" artilleriya sistemlərinin tədarükü üçün müqavilə bağlamaq imkanını nəzərdən keçirəcək.Agentliyin məlumatına görə, artıq Ermənistana 24 zirehli texnika gətirilib, daha 26-sı da gələcək, onlar hazırda istehsal mərhələsindədir.Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Azərbaycan Ermənistan və Fransanı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymağa çağırıb."Bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar", - nazirliyin sözçüsü Ayxan Hacızadə deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0d/460507052_0:0:2732:2048_1920x0_80_0_0_ec07731d39a580783ba3bdefe1877838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, fransa, ermənistan
mariya zaxarova, fransa, ermənistan
Zaxarova Fransanın Ermənistana zirehli texnika tədarükünə münasibət bildirdi
15:51 06.12.2023 (Yenilənib: 15:55 06.12.2023) Ermənistanın "Armenpress" dövlət agentliyi Fransa Senatının daxili sənədinə istinadən xəbər verir ki, Fransa Ermənistana "Arquus" şirkətinin istehsalı olan ümumilikdə 50 "Bastion" zirehli texnikası tədarük edəcək.
BAKI, 6 dekabr — Sputnik. Fransanın Ermənistana tədarük edəcəyi "Bastion" zirehli texnikası qeyri-likviddir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Bu, hətta xüsusi hərbi əməliyyat kontekstində baş verən vəziyyətdən də aydın görünür, mən bunu noyabrın 22-də keçirdiyim brifinqdə bildirmişəm. Yeri gəlmişkən, təəssüf ki, Ermənistanın indiki hakimiyyət orqanları ilə əlaqələri olan bir çox KİV bu məlumatları təhrif etməsələr, aydın olardı ki, erməni xalqı Qərb tərəfindən təqdim olunan saxtakarlıqla üz-üzədir. Çünki müxtəlif qərb ölkələrində istehsal olunan hərbi texnika heç vaxt müdafiə qabiliyyətinin artırılmasına kömək etməyib. Bu, göz qabağındadır", - Zaxarova əlavə edib.
Diplomat Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyanın Ermənistanın silahlara görə pul almadığına görə Rusiya Federasiyasını məhkəməyə vermək fikrində olmadığı, problemin tərəfdaşlıq şəraitində həll edilməli olduğu barədə bəyanatını da şərh edib.
"İndi dediyiniz məsələ ilə bağlı problemlərin tərəfdaşlıq şəraitində həllinin zəruriliyi ilə bağlı bəyanatı ancaq alqışlaya bilərik", - Zaxarova deyib.
Ermənistanın "Armenpress" dövlət agentliyi Fransa Senatının daxili sənədinə istinadən xəbər verir ki, Fransa Ermənistana "Arquus" şirkətinin istehsalı olan ümumilikdə 50 "Bastion" zirehli texnikası tədarük edəcək, həmçinin "Sezar" artilleriya sistemlərinin tədarükü üçün müqavilə bağlamaq imkanını nəzərdən keçirəcək.
Agentliyin məlumatına görə, artıq Ermənistana 24 zirehli texnika gətirilib, daha 26-sı da gələcək, onlar hazırda istehsal mərhələsindədir.
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Azərbaycan Ermənistan və Fransanı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymağa çağırıb.
"Bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar", - nazirliyin sözçüsü Ayxan Hacızadə deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.