https://sputnik.az/20231205/rusiya-mn-rf-sutkada-ukraynanin-iki-miq-29-qiricisini-ve-mi-8-helikopterini-mehv-edib-461099766.html
Rusiya MN: RF sutkada Ukraynanın iki MiQ-29 qırıcısını və Mi-8 helikopterini məhv edib
Rusiya MN: RF sutkada Ukraynanın iki MiQ-29 qırıcısını və Mi-8 helikopterini məhv edib
Sputnik Azərbaycan
Rusiya bir gündə Ukrayna Silahlı Qüvvələrinin 74 pilotsuz təyyarəsini (dron) darmadağın edib. 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T19:12+0400
2023-12-05T19:12+0400
2023-12-05T19:52+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/08/03/457406604_0:160:3072:1888_1920x0_80_0_0_6d3db63b0d28738c5735e7116979b81e.jpg
BAKI, 5 dekabr — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus iki MiQ-29 qırıcısını, Mi-8 hərbi helikopterini, "HARM" anti-radar raketini və Ukrayna Silahlı Qüvvələrinin (USQ) 74 dronunu vurub. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. "24 saat ərzində Dnepropetrovsk vilayətinin Şirokoye və Nikolayev vilayətinin Berezniqovatoye yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki MiQ-29 təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - Rusiya Müdafiə Nazirliyi bildirib. Ukraynanın dronları Zaporojye və Xerson vilayətlərində, həmçinin Donetsk və Luqansk ərazilərində məhv edilib. Qeyd edək ki, noyabrın 29-da Donetsk səmasında Rusiyanın qırıcı aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynayanın iki MiQ-29 və Su-25 təyyarələrinin məhv edilməsi barədə məlumat verilib. Bundan əlavə, Novoselovka yaşayış məntəqəsi yaxınlığında USQ-nin bir neçə pilotsuz təyyarəsini məhv etmək mümkün olub. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/03/457406604_171:0:2902:2048_1920x0_80_0_0_b48e4c2cb1b347eb95ad59a12c72440b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, xüsusi hərbi əməliyyat, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna
rusiya, xüsusi hərbi əməliyyat, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna
Rusiya MN: RF sutkada Ukraynanın iki MiQ-29 qırıcısını və Mi-8 helikopterini məhv edib
19:12 05.12.2023 (Yenilənib: 19:52 05.12.2023) Rusiya bir gündə Ukrayna Silahlı Qüvvələrinin 74 pilotsuz təyyarəsini (dron) darmadağın edib.
BAKI, 5 dekabr — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus iki MiQ-29 qırıcısını, Mi-8 hərbi helikopterini, "HARM" anti-radar raketini və Ukrayna Silahlı Qüvvələrinin (USQ) 74 dronunu vurub.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"24 saat ərzində Dnepropetrovsk vilayətinin Şirokoye və Nikolayev vilayətinin Berezniqovatoye yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki MiQ-29 təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Ukraynanın dronları Zaporojye və Xerson vilayətlərində, həmçinin Donetsk və Luqansk ərazilərində məhv edilib.
Qeyd edək ki, noyabrın 29-da Donetsk səmasında Rusiyanın qırıcı aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynayanın iki MiQ-29 və Su-25 təyyarələrinin məhv edilməsi barədə məlumat verilib. Bundan əlavə, Novoselovka yaşayış məntəqəsi yaxınlığında USQ-nin bir neçə pilotsuz təyyarəsini məhv etmək mümkün olub.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.