Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinin Səudiyyə Ərəbistanı və BƏƏ-yə gözlənilən səfərinin detallarını açıqlayıb

© Sputnik / Алексей Никольский / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi: Putin Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft bazarını müzakirə edəcək.
BAKI, 5 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gözlənilən səfərinin təfərrüatlarını dekabrın 5-də jurnalistlərlə dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb. Onun sözlərinə görə, gündəliyə neft bazarı ilə bağlı məsələlər daxil ediləcək.
Bu barədə "TASS" diplomatın sözlərinə istinadən xəbər verib.
"Bilirsiniz ki, bu müzakirələr OPEC+ formatı çərçivəsində aparılır, lakin əlbəttə ki, bu [neft] sahədə qarşılıqlı fəaliyyət həmişə gündəmdədir", - deyə Kremlin nümayəndəsi bildirib.
Bundan əlavə, Peskov əlavə edib ki, beynəlxalq və regional gündəmdəki məsələlər, o cümlədən Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq.
Bu yaxınlarda Peskov OPEC+ birləşməsinin balanslaşdırılmış neft qiymətlərinin qorunub saxlanması üçün şərait yaratdığını, buna görə də Rusiyanın bu formatda işini davam etdirəcəyini bildirib.
Xəbər lenti
0