Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Hava Limanı yolunda sürət həddi endirildi

© SputnikZIğ yolu
ZIğ yolu - Sputnik Azərbaycan, 1920, 05.12.2023
Abunə olmaq
Küləkli hava şəraiti ilə əlaqədar məlumat sürət tablolarında "sürüşkən yol" və "güclü külək" işarəsi qoyulub.
BAKI, 5 dekabr — Sputnik. Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında "sürüşkən yol" və "güclü külək" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Xəbər lenti
0