https://sputnik.az/20231205/agdamda-mina-partlayib-461087954.html
Ağdamda mina partlayıb
Ağdamda mina partlayıb
Sputnik Azərbaycan
Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T12:55+0400
2023-12-05T12:55+0400
2023-12-05T13:11+0400
qarabağ
mina
mina
ağdam
ağdam rayonu
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458901745_0:0:3072:1728_1920x0_80_0_0_f74fbb0b54cf2b13e7a63265cf695b7e.jpg
BAKI, 5 dekabr — Sputnik. Ağdamda mina partlayıb. ANAMA-nın Mətbuat xidmətindən bildirilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.Azərbaycanda 2020-ci il noyabrın 10-dan indiyədək 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 108 mülki şəxs isə yaralanıb. Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb. Ümumilikdə, qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458901745_103:0:2834:2048_1920x0_80_0_0_1b0da15d1e233cbac1111d00a088a600.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, mina, ağdam, ağdam rayonu, işğaldan azad edilmiş ərazilər
mina, mina, ağdam, ağdam rayonu, işğaldan azad edilmiş ərazilər
Ağdamda mina partlayıb
12:55 05.12.2023 (Yenilənib: 13:11 05.12.2023) Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir.
BAKI, 5 dekabr — Sputnik. Ağdamda mina partlayıb.
ANAMA-nın Mətbuat xidmətindən bildirilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.
Azərbaycanda 2020-ci il noyabrın 10-dan indiyədək 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 108 mülki şəxs isə yaralanıb. Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
Ümumilikdə, qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.