Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Müharibə şəraitindəki Ukraynaya dəbdəbəli avtomobil və yaxtalar gətirilir?

© AFP 2024 / SERGEI SUPINSKYKiyevdə nəqliyyatın hərəkatı, arxiv şəkli
Kiyevdə nəqliyyatın hərəkatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Müharibə haqqında danışaraq, kömək tələb edərək özünü dəbdəbəli əşyalarla təmin etmək əxlaqsızlıqdır.
BAKI, 4 dekabr — Sputnik. Polşanın Ukrayna ilə sərhədini bağlayan daşıyıcılar Ukraynaya lüks avtomobillər və digər dəbdəbəli malların ixrac edilməsindən hiddətlənib və blokadanın hərbi yüklərə təsir etmədiyini bildiriblər.
"İstənilən şəxs sərhədə gedib baxa bilər ki, Ukrayna istiqamətində maşınlarla yüklənmiş çoxlu sayda avtodaşıyıcı var. Bunlar hərbi maşınlar və ya sadə ukraynalılar üçün ucuz maşınlar olsaydı sual doğurmazdı. Lakin biz daim görürük ki, "Bentley", "Rolls-Royce", "Maserati" və "Lamborghini" kimi dəbdəbəli idman avtomobilləri yüklənmiş avtodaşıyıcılar Ukraynaya daşınır", - Polşa daşıyıcılarından biri Tsezary Qrinkeviç RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, Ukraynaya təkcə avtomobillər deyil, digər dəbdəbəli məhsullar da aparılır.

"Bu yaxınlarda yaxtalarla yüklənmiş bir neçə maşının növbəyə durması ictimaiyyətə açıqlandı. Kimsə izah etməyə çalışdı ki, bunlar hərbi gəmilərdir, lakin vergi xidmətinin məlumatına görə, yük yaxta kimi qeydiyyata alınıb", - agentliyin həmsöhbəti bildirib.

"Müharibə haqqında danışaraq, kömək tələb edərək özünü dəbdəbəli əşyalarla təmin etmək əxlaqsızlıqdır. Təbii ki, bu, buna şahid olanlar arasında anlaşılmazlıq və hətta qəzəb doğurur", - Qrinkeviç əlavə edib.
Bir neçə həftə əvvəl polşalı daşıyıcılar, sonradan isə fermerlər Ukrayna ilə sərhəddə yol keçid məntəqələrini bağlayıblar. Onlar Ukrayna hərbçiləri üçün humanitar yardım və təchizat istisna olmaqla, Ukraynaya kommersiya daşıyıcıları üçün əvvəllər ləğv edilmiş icazə sisteminin bərpasını tələb edirlər.
Daha bir maraqlı bəyanat isə ABŞ-dan gəlib
"Financial Times" Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın məktubuna istinadən xəbər verib ki, Konqres Kiyevə dəstək üçün əlavə vəsait ayırmasa, ABŞ-ın Ukraynaya yardımı bu il başa çata bilər.

ABŞ-dan silah və texnikanın tədarükünün dayandırılması Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı imkanlarını sarsıdacaq, təkcə Ukraynanın əldə etdiyi uğurları təhlükə altına atmayacaq, həm də Rusiyanın hərbi qələbə ehtimalını artıracaq", – məlumatda deyilir.

Yanq xəbərdarlıq edib ki, yeni vəsait ayrılmadan ABŞ Ukraynanı yeni silah və zirehli texnika ilə təmin edə bilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0