Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının daha bir yerində ikitərəfli hərəkət təşkil edilib

© Sputnik / Murad OrujovBakıda nəqliyyatın hərəkatı, arxiv şəkli
Bakıda nəqliyyatın hərəkatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Növbəti infrastruktur layihəsi Səməd Vurğun küçəsinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişmələrində həyata keçirilib.
BAKI, 4 dekabr — Sputnik. Bakının Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.
Məlumata görə, qurum sıxlıq müşahidə edilən küçələrdə nəqliyyat yükünün azaldılması, paytaxt yollarında münaqişəli nöqtələrin minimuma endirilməsi və təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti infrastruktur layihəsi Səməd Vurğun küçəsinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişmələrində həyata keçirilib. Bu ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Həyata keçirilən işlər çərçivəsində geriyədönmə yerinin ölçülərini dəyişməklə Füzuli küçəsində yalnız sola hərəkətə icazə verən zolaqda düzünə və sola hərəkət təmin edilib, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub, ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.
Görülən işlər Şəmsi Bədəlbəyli küçəsindən Səməd Vurğun küçəsinə şimal istiqamətində birbaşa çıxış imkanı yaradıb. Bununla da kəsişmədə münaqişə nöqtələri minimuma endirilib, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin nəqliyyat yükü azalıb, yollarda təhlükəsizlik səviyyəsi yaxşılaşdırılıb.
İnfrastruktur layihəsi nəticəsində Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyətinin 30%-ə qədər artacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0