Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ-ın Ukrayna ilə bağlı əsas qorxusu açıqlanıb

© AP Photo / Francisco SecoUkrayna Prezidenti Vladimir Zelenski, arxiv
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Conson həmçinin əlavə edib ki, Qərb ölkələri rusiyalıların öz ölkələrini xarici təhdidlərdən müdafiə etmək əzmini lazımi səviyyədə qiymətləndirmir.
BAKI, 4 dekabr — Sputnik. Şimali Atlantika Alyansı Rusiya hərbçilərinə qarşı döyüşlərdə böyük itkilərdən qorxduğu üçün Ukraynaya qoşun göndərmir. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson jurnalist Stiven Qardnerə müsahibəsində bildirib.

"Ukrayna qətiyyətlə və NATO-nun əsgərlərdən başqa təklif edə biləcəyi hər şeyin qarşılığında tamamilə məğlub oldu. NATO bir neçə səbəbə görə qoşun göndərə bilmədi, onlardan biri səfərbərliyin çox uzun çəkəcəyi idi, həm də onlar döyüş meydanına çatan kimi kütləvi şəkildə məhv ediləcəkdilər. Avropada və ABŞ-da heç kim belə itkiləri qarşılamağa cəsarəti yoxdur", - ekspert bildirir.

Conson həmçinin əlavə edib ki, Qərb ölkələri rusiyalıların öz ölkələrini xarici təhdidlərdən müdafiə etmək əzmini lazımi səviyyədə qiymətləndirmir və NATO-nun öz sərhədlərində eyni şeyi etmək qabiliyyətini şübhə altına alır.
Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, iyunun 4-dən Ukrayna ordusu 125 mindən çox insan və 16 min silah-sursat itirib.
Rusiya Prezidenti Vladimir Putinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun heç bir nəticəsi olmayıb. Rusiya xüsusi əməliyyatda məqsədlərinə çatmaq istiqamətində irəliləyir, deyən prezident bütün tapşırıqların yerinə yetiriləcəyinə əminliyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0