Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin dünyada həm siyasi, həm də epidemik vəziyyətin yaxşılaşacağına ümid edir

© Sputnik / Валерий Шарифулин / POOL / Mediabanka keçidVladimir Putin, arxiv
Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Rusiya lideri Xarici dövlətlərin Rusiyadakı yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində çıxış edib.
BAKI, 4 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dünyada gec-tez, təkcə siyasət deyil, həm də sanitar-epidemioloji vəziyyət nöqteyi-nəzərindən daha yaxşı vaxtların gələcəyinə ümid edir. Bu barədə Rusiya lideri Xarici dövlətlərin Rusiyadakı yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində çıxış edib. Mərasimdə Böyük Britaniya və Almaniya da daxil olmaqla 21 ölkədən diplomatlar iştirak ediblər.
Sanitar səbəblərə görə bu gün daha ətraflı əlaqə saxlamağın mümkün olmadığından şikayətlənən dövlət başçısı daha yaxşı vaxtların olacağına ümid etdiyini dilə gətirib.

"Təkcə siyasətdə deyil, səhiyyədə də. Və biz bunu edə bilərik", - deyə Putin bildirib.

RF dövlət başçısı əlavə edib ki, o, beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov hər gün səfirlərin yanındadırlar.
Prezident vurğulayıb ki, Rusiya səfirləri ilə təmsil olunan dövlətlərin hər biri ilə əlaqələrə böyük önəm verir.
"Diplomatik fəaliyyətiniz zamanı, şübhəsiz ki, bizdən - Rusiya rəhbərliyindən, icra hakimiyyətlərindən, işgüzar və ictimai dairələrdən, parlamentdən, əlbəttə ki, dəstəyimizə arxalana bilərsiniz", - deyə dövlət başçısı onları əmin edib.
Putin həmçinin ümid etdiyini bildirib ki, səfirlər Rusiyada işləməkdən şəxsi məmnunluq duyacaqlar.

"Siz sözün əsl mənasında belə zəngin, rəngarəng mədəniyyətə malik çoxkonfessiyalı dövlətimizin necə yaşadığını hiss edə, Rusiyanın nəbzini hiss edə, zəngin mədəniyyəti ilə tanış ola biləcəksiniz”, - deyə dövlət başçısı qeyd edib.

Sonda Rusiya lideri diplomatları qarşıdan gələn Yeni il və Milad bayramı münasibətilə təbrik edib.
“Sizə uğurlar, möhkəm cansağlığı, hər şeyin ən yaxşısını arzulayıram”, - deyə o, səmimi arzularını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0