https://sputnik.az/20231203/rest-astara-demir-yolunun-tikintisi-ne-yerdedir-457148045.html
Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq
Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq
Sputnik Azərbaycan
İranlı nazir müavini deyib ki, Rəşt-Astara dəmir yolunun tikilib başa çatması ilə yüklərin tez, asan və keyfiyyətli daşınması təmin olacaq və həcmi artacaq. 03.12.2023, Sputnik Azərbaycan
2023-12-03T20:00+0400
2023-12-03T20:00+0400
2023-12-03T19:10+0400
dəmir yolu
rusiya
rəşt-astara dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962565_1:0:1958:1101_1920x0_80_0_0_2da95a76ec45e9255ab0d1595b2b2315.jpg
BAKI, 3 dekabr - Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tonu keçib. Bu istiqamətdə yükdaşımaları artırmaq məqsədilə bir sıra işlər həyata keçirilir.Bu sözləri İranın nəqliyyat nazirinin müavini Şəhriyar Əfəndizadə deyib. Tehranda jurnalistlərin suallarını cavablandıran Ş.Əfəndizadə bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi başa çatdıqdan sonra tranzit yükdaşımaların həcmi 15 milyon tona çatacaq.Nazir müavini nəzərə çatdırıb ki, ötən ilin sentyabr ayında Bakıda Azərbaycan, İran və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə bu məsələ müzakirə olunub. Qərara alınıb ki, tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdırmaq üçün qarşılıqlı əməkdaşlıq artırılsın. Onun sözlərinə görə Rəşt-Astara dəmir yolunun tikilib başa çatması ilə yüklərin tez, asan və keyfiyyətli daşınması təmin olacaq və həcmi artacaq.Qeyd etmək lazımdır ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə tikinti işləri davam edir.26.07.23, 22:23Rəşt-Astara dəmir yolunun tikintisi nə yerdədir?Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib. Onun sözlərinə görə, "Rusiya Dəmir Yolları" Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır. Qeyd olunur ki, mayın 17-də Rusiya və İran Fars körfəzi limanlarına keçidi təmin edəcək Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb. Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962565_246:0:1714:1101_1920x0_80_0_0_60750621dfed7cd66ede0ad477c5e33a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəmir yolu, rəşt-astara dəmir yolu
dəmir yolu, rəşt-astara dəmir yolu
Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq
İranlı nazir müavini deyib ki, Rəşt-Astara dəmir yolunun tikilib başa çatması ilə yüklərin tez, asan və keyfiyyətli daşınması təmin olacaq və həcmi artacaq.
BAKI, 3 dekabr - Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tonu keçib. Bu istiqamətdə yükdaşımaları artırmaq məqsədilə bir sıra işlər həyata keçirilir.
Bu sözləri İranın nəqliyyat nazirinin müavini Şəhriyar Əfəndizadə deyib. Tehranda jurnalistlərin suallarını cavablandıran Ş.Əfəndizadə bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi başa çatdıqdan sonra tranzit yükdaşımaların həcmi 15 milyon tona çatacaq.
Nazir müavini nəzərə çatdırıb ki, ötən ilin sentyabr ayında Bakıda Azərbaycan, İran və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə bu məsələ müzakirə olunub. Qərara alınıb ki, tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdırmaq üçün qarşılıqlı əməkdaşlıq artırılsın.
Onun sözlərinə görə Rəşt-Astara dəmir yolunun tikilib başa çatması ilə yüklərin tez, asan və keyfiyyətli daşınması təmin olacaq və həcmi artacaq.
Qeyd etmək lazımdır ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə tikinti işləri davam edir.
Rəşt-Astara dəmir yolunun tikintisi nə yerdədir?
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib.
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tikintinin tam yerinə yetirilməsini gözləyirik", - Savelyev qeyd edib.
Onun sözlərinə görə, "Rusiya Dəmir Yolları" Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.
Qeyd olunur ki, mayın 17-də Rusiya və İran Fars körfəzi limanlarına keçidi təmin edəcək Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.
Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Ümumilikdə 13 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.