Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həştərxan vilayətinin qubernatoru: Azərbaycanla əlaqələri bundan sonra da gücləndirəcəyik

© Sputnik / Murad Orujov İqor Babuşkin, arxiv şəkli
 İqor Babuşkin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2023
Abunə olmaq
Abşeron rayonunun nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir.
BAKI, 2 dekabr — Sputnik. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasından nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətinə səfər edib. Bu barədə Həştərxan vilayəti qubernatorunun mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində qubernator İqor Babuşkinlə işgüzar görüşdə tərəflər rayonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bayram tədbirlərinə yekun vurublar.
Bayram çərçivəsində rayonda elmi-işgüzar konfranslar, telekonfranslar, gənclərin görüşləri, konsertlər keçirilib. Bu gün tədbirlər iştirakçılarına - Həştərxanın məktəblilərinə, müəllimlərinə, universitetlərinə və yaradıcı kollektivlərinə fəxri mükafatlar təqdim olunacaq.
“Azərbaycan Respublikası təkcə bizim strateji tərəfdaşımız deyil, həm də yaxın dostumuzdur. Biz kənd təsərrüfatı, təhsil və gənclər siyasəti sahələrində əməkdaşlıq etdiyimiz Abşeron rayonu ilə tərəfdaşlığa xüsusi diqqət yetiririk”, - qubernator İqor Babuşkin bildirib.
Xəbər lenti
0