Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Altı ay ərzində əks-hücum zamanı USQ 125 mindən çox insan itirib - Şoyqu

© Sputnik / Ministry of Defence of the Russian Federation / Вадим Савицкий / Mediabanka keçidRusiyanın müdafiə naziri Sergey Şoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Rusiyanın müdafiə nazirinin sözlərinə görə, Rusiya qoşun qruplaşmaları düşmənə təsirli və güclü atəş zərbələri endirir, nəticədə USQ-nin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə azalır.
BAKI, 1 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) əks-hücum əməliyyatının altı ayı ərzində 125 mindən çox insan və 16 min silah itirib. Qərb silahlarının tədarükü və səfərbərliyi yalnız Ukrayna bölmələrinin itkilərini artırır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Ukraynada ümumi səfərbərlik, qərb silahlarının tədarükü və Ukrayna komandanlığının strateji ehtiyatların döyüşə daxil edilməsi döyüş meydanındakı vəziyyəti dəyişməyib. Bu çıxılmaz hərəkətlər yalnız Ukrayna Silahlı Qüvvələrinin bölmələrində itkilərin sayını artırıb. Əks-hücum əməliyyatının altı ayı ərzində düşmən 125 mindən çox insan və 16 min ədəd müxtəlif silahlar itirib", - deyə Rusiyanın müdafiə naziri deyib.

Şoyqunun sözlərinə görə, Rusiya qoşun qruplaşmaları düşmənə təsirli və güclü atəş zərbələri endirir, nəticədə USQ-nin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. O, əlavə edib ki, hərbçilər "səriştəli və qətiyyətli hərəkət edir, daha üstün mövqe tutur, bütün istiqamətlərdə nəzarət zonalarını genişləndirirlər". Rusiya müdafiə nazirinin sözlərinə görə, ötən ay ərzində dəniz piyadalarının 810-cu briqadası, 150-ci motoatıcı diviziya, 4-cü, 15-ci, 114-cü və 123-cü motoatıcı briqadaların bölmələri xüsusi hərbi əməliyyatlar (XHƏ) zamanı xüsusilə fərqləniblər.
"Biz xüsusi hərbi əməliyyat təcrübəsini nəzərə alaraq fəal müdafiəni davam etdirəcəyik və Silahlı Qüvvələrin döyüş potensialını artıracağıq", - deyə nazirliyin rəhbəri əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0