Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Almaniyanın Rusiyadakı konsulluqlarını bağlamasına Zaxarovadan reaksiya

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin vurğulayıb ki, Berlin Almaniyada yaşayan yüz minlərlə rusiyalı üçün konsulluq xidmətlərini qəsdən çətinləşdirir.
BAKI, 1 dekabr — Sputnik. Almaniya öz təşəbbüsü ilə Rusiya-Almaniya münasibətlərini pozmaq siyasəti çərçivəsində Yekaterinburq, Novosibirsk Kalininqraddakı baş konsulluqlarını bağlayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.

"Tamamilə aydındır ki, bu hərəkətlər Almaniya hökuməti tərəfindən Rusiya-Almaniya münasibətləri pozmağa, diplomatik miqyasda ikitərəfli qarşılıqlı əlaqəni minimuma endirməyə yönəlmiş siyasətə uyğun olaraq həyata keçirilir", - açıqlamada qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin vurğulayıb ki, Berlin Almaniyada yaşayan yüz minlərlə rusiyalı üçün konsulluq xidmətlərini qəsdən çətinləşdirir.
"Beləliklə konsulluq xidmətləri gələn ildən yalnız Rusiyanın Berlindəki səfirliyində və Bonndakı Rusiya Baş Konsulluğunda mümkün olacaq. Biz Almaniya hakimiyyətinin həm vətəndaşlarımız, həm də ölkəmizlə əlaqə qurmaqda maraqlı olan almanlar üçün yaratdığı çətinlikləri mümkün qədər yumşaltmaq üçün tədbirlər görürük", - Zaxarova fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0