Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Vətəndaşlardan parklanmaya görə pul tələb edən kimlərdir?

© Sputnik / Zulfiyya GuluyevaBakını mərkəzində parklanmış avtomobillər
Bakını mərkəzində parklanmış avtomobillər - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
Tural Orucov bildirib ki, AzParking infrastrukturu qurulmayan ərazilərdə parklanmaya görə ödənişin tələb olunması qanunsuzdur.
BAKI, 30 noyabr — Sputnik. Paytaxtda parklanma zonaları və tarifləri müəyyən olunsa da, vətəndaşlardan bəzi ərazilərdə parklanmaya görə, pul tələb olunur. Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli və digər yaxın ərazilərdə parklanma üçün yol kənarları istismar edilir. Bəzi yerlərdə avtomobillər iki sıra park edilir ki, bu da həm nəqliyyatın, həm də piyadaların hərəkətinə çətinlik yaradır. Bəzi yerlərdə AzParking parklanma xidməti olsa da, qanunsuz parklanma xidməti təşkil edənlər də var.
Parklanma yerlərində nağd pul tələb olunması qanunsuzdur!
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərində vətəndaşlardan nağd pul tələb olunmasına münasibət bildirib. Sputnik Azərbaycan-ın sorğusuna cavab verən AYNA-nın mətbuat katibi Tural Orucov deyib ki, AzParking infrastrukturu qurulmayan ərazilərdə parklanmaya görə ödənişin tələb olunması qanunsuzdur:
"Parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm də şəhərin tarif zonalarını müəyyən edir. Parklanmaya olan tələbatdan asılı olaraq, Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Ödənişli küçə parklanma yerlərinin təşkili mərhələli qaydada həyata keçirilir. Mərkəz zonaya daxil olan ərazilərdə işlər artıq yekunlaşıb. Digər zonalar üzrə isə müvafiq infrastruktur işləri aparılır. Parklanma yerlərində yol nişanları və məlumat lövhələri quraşdırılır, nişanlanma xətləri çəkilir. Hazırda infrastruktur təşkil edilməyən ərazilərdə parklanmaya görə sürücülərdən pul tələbi qanunsuzdur. Sürücülərə qanunsuz ödənişlər etməmək tövsiyə olunur".
© Sputnik / Zulfiyya GuluyevaBakını mərkəzində parklanmış avtomobillər
Bakını mərkəzində parklanmış avtomobillər - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Bakını mərkəzində parklanmış avtomobillər
Qurumun sözçüsü onu da əlavə edib ki, parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq üzərindən və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz.
DİN-dən qanunsuz parklanma ilə bağlı açıqlama
DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev Sputik Azərbaycan-a bildirib ki, DİN-ə paytaxtın bütün rayonlarında, hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyada səkilərinin zəbt olunaraq qanunsuz parklanma xidməti göstərilməsi ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.
"Həmin müraciətlərin hər biri araşdırılır, parklanma üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz parkinq fəlaiyyətinin aradan qaldırılması üçün işlər görülür. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə tədbirləri də davam etdirilir. Vətəndaşlardan xahiş edirk ki, onları narahat edən belə hallar varsa aidiyyatı qurumlara, eləcə də DİN-ə müraciət etsinlər" - E.Hacıyev bildirib.
Parklanma qaydaları
Xatırladaq ki, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib.
Həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. "Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb
Qərara görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrdə parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpikdir. Maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə parklanmaya görə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilir.
Xəbər lenti
0