Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda beynəlxalq konfrans keçirilir: Ombudsman xarici təşkilatlara çağırış etdi

© AFP 2024 / NATALIA KOLESNIKOVABakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığı qeyd edilib.
BAKI, 30 noyabr — Sputnik. "Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər".
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, BMT-nin Baş Assambleyasının 1948-ci ilin 10 dekabr tarixli qətnaməsinə əsasən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədar hər il bu tarix bütün dünya dövlətləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir: "Dünyada baş verən qlobal dəyişikliklər və obyektiv tarixi zərurət səbəbindən qəbul edilmiş və artıq bir neçə gündən sonra 75 illik yubileyi olacaq həmin məşhur sənədin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyinin təmini məsələləri, habelə digər müddəalar bir çox dövlətlərin Konstitusiyasında və beynəlxalq müqavilələrdə öz əksini tapıb".
Ombudsman qeyd edib ki, ötən bu uzun illər ərzində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində əsas baza rolunu oynayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyamızı əsaslı şəkildə dəyişməyə kömək edib: "Bu sənəddə ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququ, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğu bəyan edilib".
***
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Toplantıda Ombudsman Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.
Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.
Xəbər lenti
0