Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN MDB sammitində iştirakla bağlı Paşinyandan konkret addımlar gözləyir

© Sputnik / Виталий БелоусовRusiya XİN-nin binası
Rusiya XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Rusiya prezidentinin sözçüsü Yuri Uşakov Paşinyanın dekabrın sonunda Peterburqda keçiriləcək sammitində iştirakı ilə bağlı Kremlin İrəvandan müsbət siqnallar aldığını söyləyib.
BAKI, 29 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın konkret addımlarını gözləməyə çağırıb.
Rusiya XİN sözçüsü Paşinyanın dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-formal sammiti və Avrasiya İqtisadi İttifaqının iclasında mümkün iştirakı ilə bağlı suala cavab verərkən belə deyib.
"Burada ümidlərə deyil, konkret faktlara əsaslanmalıyıq" deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Yuri Uşakov Paşinyanın dekabrın sonunda Peterburqda keçiriləcək sammitində iştirakı ilə bağlı Kremlin İrəvandan müsbət siqnallar aldığını söyləyib.
Ermənistan baş nazirinin ofisi isə bu gün məlumat yayıb ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının sessiyasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.
Xəbər lenti
0