Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dmitri Volvaç: Səkkiz ayda Aİİ ölkələrində sənaye istehsalı 3,5% artıb

© Sputnik / Murad OrujovRusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Nazir müavini deyib ki, Aİİ coğrafi baxımdan bölgənin "qəlbində" yerləşir və Böyük Avrasiyanın inteqrasiya konturunun formalaşması mərkəzlərindən birinə çevrilmək üçün əhəmiyyətli potensiala malikdir.
BAKI, 29 noyabr — Sputnik. Rusiyanın İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç noyabrın 28-29-da Sankt-Peterburqda keçirilən "Avrasiya İqtisadi Perspektiv - 2023" XI İllik Beynəlxalq Forumunun plenar iclasında iştirak edib.
Bu il müzakirə olunacaq məsələlərin dairəsi çox genişdir. Burada Avrasiyada beynəlxalq valyuta-maliyyə sisteminin inkişafı, yeni tərəfdaşlıqlara diqqət yetirməklə Avrasiya regionunda enerji layihələrinin və habların fəaliyyətinin xüsusiyyətləri, Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəqəmsal gündəliyinin təkamülü və Böyük Avrasiya iqtisadiyyatının turizm sektoru üçün kadr hazırlığı yer alır.
Plenar iclas çərçivəsində Forum iştirakçıları nəinki Aİİ ölkələrinin xarici iqtisadi məhdudiyyətlərə uyğunlaşa bildiklərini müzakirə ediblər, həm də Avrasiya iqtisadi məkanının 2030-cu ilə qədər və 2045-ci ilədək növbəti inkişaf mərhələlərinin perspektivlərini də qeyd ediblər. Onlar Böyük Avrasiyanın özünü göstərməsi üçün əsas parametrlərini müəyyənləşdiriblər.
"2023-cü ilin 8 ayı ərzində Aİİ-yə üzv olan ölkələrinin qarşılıqlı ticarəti 8,9%, dəyər ifadəsində 4,1 trilyon rubldan 4,5 trilyon rubla qədər artıb. Sənaye istehsalı 3,5% çoxalıb. Eyni zamanda, istehsalat sektorunda istehsal həcmi 7% artıb.
"Ümumilikdə, son 7 ildə sənayedə artım demək olar ki, 17% təşkil edib. İttifaq həm də sabit ÜDM artımı trayektoriyasına da nail ola bilib. 2023-cü ilin 9 ayı ərzində ÜDM ötən illə müqayisədə 3% artıb", deyə Dmitri Volvaç məlumatlara istinad qeyd edib.
Nazir müavininin sözlərinə görə, böyük iqtisadi regionlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi tendensiyasının gücləndiyi bir şəraitdə, məhz Aİİ coğrafi baxımdan bölgənin "qəlbində" yerləşən, Böyük Avrasiyanın inteqrasiya konturunun formalaşması mərkəzlərindən birinə çevrilmək üçün əhəmiyyətli potensiala malikdir.
"Böyük Avrasiya Tərəfdaşlığının əsas məqsədlərindən biri qitədə beynəlxalq iqtisadi əlaqələrin əsassız seqmentləşdirilməsinin, onların ümumi iqtisadi fəaliyyətin aparılması üçün əlavə risklər yarada biləcək ayrı-ayrı, zəif birləşdirilmiş bloklara və strukturlara parçalanmasının qarşısını almaqdır", - deyə Dmitri Volvaç vurğulayıb.
"Böyük Avrasiya Tərəfdaşlığı" konsepsiyasının həyata keçirilməsi çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri Aİİ ölkələrinin "Avrasiya İqtisadi Yolu" yeni strateji sənədində - İttifaq çərçivəsində iqtisadi proseslərin 2030 və 2045-ci ilədək daha da inkişaf etdirilməsi haqqında Bəyannamədə qeyd etdikləri razılaşmalarla birbaşa əlaqəlidir.
Söhbət Avrasiya regionunda texnoloji suverenliyin təmin edilməsi, rəqəmsallaşma, ümumi elektrik enerjisi bazarının formalaşdırılması, müstəqil maliyyə infrastrukturunun və maneəsiz nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində İttifaq ölkələrinin birgə işindən gedir.
"Bəyannamədə əks olunan əsas vəzifələrdən biri Aİİ-yə üzv olan dövlətlərinin infrastruktur imkanlarının qonşu ölkələr, beynəlxalq təşkilatlar və ümumi qitələrarası nəqliyyat-logistika və ticarət-iqtisadi məkanın yaradılması üçün inteqrasiya layihələri ilə birləşdirilməsidir. Böyük Avrasiyanın özünü göstərməsi ölkələrimizin xarici təhdidlərə və böhranlara qarşı müqavimətin ümumi mexanizmlərini təkmilləşdirməkdə səylərini nə dərəcədə birləşdirə biləcəyindən asılı olacaq", - deyə nazir müavini qeyd edib.
Plenar iclasda həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurası Katibliyinin baş katibi-rəhbəri Dmitri Kobitski, MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev, iqtisadçı Andrey Klepaç, "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun müavini Aleksey Şilo, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru İqor Maksimtsev və digər iştirakçılar da iştirak ediblər.
Xəbər lenti
0