Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Daş karxanasında qəribə olay: Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidDaş karxanası, arxiv şəkli
Daş karxanası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Daş karxanasında iş yoldaşını onun içki içdiyini rəhbərliyə xəbər verdiyi üçün bıçaqlayan şəxsə hökm oxunub.
BAKI, 29 noyabr — Sputnik. Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən daş karxanasında bıçaqlanma hadisəsi törətmiş şəxsə hökm oxunub.
Karxanada işləyən Misir adlı şəxsə bıçaqla xəsarət yetirmiş iş yoldaşı, 1996-cı il təvəllüdlü Aslan Xasıyev (soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü (sağlamlığa ağır zərər vurma və xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb edilib.
Belə ki, hadisədən əvvəl Aslan işdə spirtli içki qəbul edib. Bundan az sonra iş yerinin rəhbərliyi onu çağıraraq işdə spirtli içki qəbul etməyin yolverilməz olması barədə xəbərdarlıq edib. Aslan iş yoldaşı Misirin onun barəsində rəhbərliyə məlumat verdiyini düşünüb və onunla mübahisə edib.
Mübahisə zəminində 27 yaşlı şəxs iş yoldaşına bıçaqla xəsarətlər yetirib. Xoşbəxtlikdən Misirin həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses noyabrın 11-də bitib. Məhkəmə Aslana xuliqanlıq maddəsi üzrə bəraət verib. Amma o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (Publika).
Xəbər lenti
0