Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Zelenski ilə "kifayət qədər oynayandan" sonra onu "əzəcək" – Medvedev

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Medvedev əmindir ki, "qəbilə üzvlərinin qanı və cəsədləri hesabına kökəlmiş əsas hörümçək-aktyor" "başmaq altında əziləcək".
BAKI, 29 noyabr — Sputnik. ABŞ Ukrayna Prezidenti Vladimir Zelenski ilə eksperimental böcək kimi oynayıb bezdikdən sonra onu əzib məhv edəcək.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında qeyd edib.
O qeyd edib ki, "Amerika entomoloqları" həşəratlar üzərində təcrübələr aparmağı çox sevirlər.
"Hər cür müxtəlif hörümçəkləri bir bankaya qoyub, onların bir-birini udmasını səbirsizliklə izləmək onların milli əyləncəsidir" - Medvedev yazıb.
Onun sözlərinə görə, hazırda növbə "jovto-blakit" eksperimental subyektlərinindir.
Medvedev əmindir ki, "qəbilə üzvlərinin qanı və cəsədləri hesabına kökəlmiş əsas hörümçək-aktyor" "başmaq altında əziləcək".
"Baş entomoloq onunla kifayət qədər oynayıb doyduqdan sonra, o, onsuz da başmaq altında amansızcasına əziləcək" - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini sözünü yekunlaşdırıb.
Xəbər lenti
0