Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-dakı nüvə poliqonunda mümkün silah sınaqları ilə bağlı vəziyyəti izləyir

Nüvə sınağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın nüvə silahı və onun istifadəsi ilə bağlı prinsipial mövqeyini xatırladıb.
BAKI, 28 noyabr — Sputnik. Moskva ABŞ-ın Nevada nüvə poliqonunda mümkün silah sınaqları ilə bağlı vəziyyəti izləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz bu xəbərləri gördük, onları Rusiya xarici işlər nazirinin müavini cənab (Sergey) Ryabkov şərh edib. Xüsusilə, o bildirib ki, söhbət nüvə silahının sınağından gedir və bu partlayış nə ABŞ-ın sınaq moratoriyasına, nə də qüvvəyə minməmiş nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin müddəalarına zidd deyil. Biz bu vəziyyətin inkişafına həqiqətən nəzarət edəcəyik", - deyə Zaxarova "RT" telekanalının efirində bildirib.
Diplomat Rusiyanın nüvə silahı və onun istifadəsi ilə bağlı prinsipial mövqeyini xatırladaraq əlavə edib ki, bu barədə "Rusiya prezidenti dəfələrlə bəyanatlar verib və bu mövqe bizim doktrial sənədlərimizdə təsbit edilib".
"Ölkə prezidenti Federal Məclisə müraciətində sözün əsl mənasında bunları söyləyib: "Biz, əlbəttə ki, bunu birinci etməyəcəyik, lakin ABŞ nüvə sınaqları keçirərsə, biz də bunu edəcəyik", - deyə o sözünü yekunlaşdırıb.
Xəbər lenti
0