https://sputnik.az/20231128/bakida-suruculer-yollarda-sixliqlar-qezalardan-evvelceden-xeberdar-olacaqlar-460913919.html
Bakıda sürücülər yollarda sıxlıqlar, qəzalardan əvvəlcədən xəbərdar olacaqlar
Bakıda sürücülər yollarda sıxlıqlar, qəzalardan əvvəlcədən xəbərdar olacaqlar
Sputnik Azərbaycan
Yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil... 28.11.2023, Sputnik Azərbaycan
2023-11-28T13:05+0400
2023-11-28T13:05+0400
2023-11-28T13:06+0400
sürücü
paytaxt xəbərləri
bakı
din
niim
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_0:74:1601:974_1920x0_80_0_0_70fd3b727932f2f86396c0a207317d0c.jpg
BAKI, 28 noyabr — Sputnik. Sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Qeyd olunub ki, bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb. Xəritədə bütün yolların, zolaqların, yol nişanları və svetoforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub. Bununla da yollarda yaranan problemlər (qəza, tıxac, təhlükəli hallar və s.) barədə sürücülər tərəfindən DİN NİİM-ə elektron qaydada məlumatların ötürülməsi və mobil telefonların orta sürət sensoru qismində istifadəsi təmin ediləcək. Böyük Britaniyanın və Türkiyənin coğrafi informasiya sistemləri üzrə təcrübəli mütəxəssislərinin cəlb edildiyi layihə çərçivəsində Bakı şəhəri üzrə 6 min 235 km ərazidə çəkilişlər aparılıb. Hazırlanmış xəritə məlumatları vətəndaşlar tərəfindən istifadə ediləcək mobil tətbiqdə öz əksini tapacaq. Adıçəkilən tətbiq vasitəsilə vətəndaşlar xəritə üzərində müvafiq ərazilərdə aparılan təmir işlərinin, qəza hadisələrinin, tıxacların olmasını müşahidə edə biləcəklər. Bununla yanaşı, gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_116:0:1415:974_1920x0_80_0_0_15170c3d4a47f6fb72e5f6ad3989364a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sürücü, bakı, din, niim
Bakıda sürücülər yollarda sıxlıqlar, qəzalardan əvvəlcədən xəbərdar olacaqlar
13:05 28.11.2023 (Yenilənib: 13:06 28.11.2023) Yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.
BAKI, 28 noyabr — Sputnik. Sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Qeyd olunub ki, bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.
Xəritədə bütün yolların, zolaqların, yol nişanları və svetoforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub. Bununla da yollarda yaranan problemlər (qəza, tıxac, təhlükəli hallar və s.) barədə sürücülər tərəfindən DİN NİİM-ə elektron qaydada məlumatların ötürülməsi və mobil telefonların orta sürət sensoru qismində istifadəsi təmin ediləcək. Böyük Britaniyanın və Türkiyənin coğrafi informasiya sistemləri üzrə təcrübəli mütəxəssislərinin cəlb edildiyi layihə çərçivəsində Bakı şəhəri üzrə 6 min 235 km ərazidə çəkilişlər aparılıb. Hazırlanmış xəritə məlumatları vətəndaşlar tərəfindən istifadə ediləcək mobil tətbiqdə öz əksini tapacaq. Adıçəkilən tətbiq vasitəsilə vətəndaşlar xəritə üzərində müvafiq ərazilərdə aparılan təmir işlərinin, qəza hadisələrinin, tıxacların olmasını müşahidə edə biləcəklər.
Bununla yanaşı, gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur.