https://sputnik.az/20231127/lavrov-moskvanin-alternativ-odenis-sistemleri-ile-bagli-gozlentilerini-aciqladi-460898536.html
Lavrov Moskvanın alternativ ödəniş sistemləri ilə bağlı gözləntilərini açıqladı
Lavrov Moskvanın alternativ ödəniş sistemləri ilə bağlı gözləntilərini açıqladı
Sputnik Azərbaycan
Rusiya BRİKS-in sədri kimi bəzi qərarlar qəbul etmək üçün onların diqqətlə nəzərdən keçirilməsini təşkil edəcək. 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T17:28+0400
2023-11-27T17:28+0400
2023-11-27T17:54+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
briks
müzakirələr
cənubi afrika respublikası
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994736_0:0:2995:1685_1920x0_80_0_0_943cd552a236e7a14ff404b87c4ccf02.jpg
BAKI, 27 noyabr — Sputnik. Moskva 2024-cü ildə alternativ ödəniş sistemləri ilə bağlı tövsiyələrin BRİKS-ə üzv ölkələrin liderlərinə təqdim ediləcəyini gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Müzakirələrin nəticəsi olaraq BRİKS liderlərinin BRİKS-in Yohannesburq sammitində qəbul etdikləri bəyannamədə maliyyə nazirliklərinin rəhbərlərinə və mərkəzi bankların rəhbərlərinə alternativ ödəniş platformaları ilə bağlı tövsiyələr hazırlamaq göstərişi verilib. Biz gözləyirik ki, Rusiya BRİKS-in sədri kimi bəzi qərarlar qəbul etmək üçün onların diqqətlə nəzərdən keçirilməsini təşkil edəcək", - Rusiya XİN rəhbəri qeyd edib. Xatırladaq ki, avqustun 22-24-də Cənubi Afrika Respublikasının sədrliyi ilə Yohannesburqda Çin, Hindistan, Braziliya və CAR liderlərinin qatıldığı BRİKS-in növbəti sammiti keçirilib, Rusiyanı Lavrov təmsil edib. Rusiya prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edib. Sammit zamanı Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Argentina, Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını BRİKS-ə qoşulmağa rəsmi dəvət etdiyini açıqlayıb. O bildirib ki, BRİKS-ə qoşulan yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994736_157:0:2888:2048_1920x0_80_0_0_ab3a5d96fc1e8867ca9d39efeaa4ce21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin rəhbəri sergey lavrov, briks , müzakirələr, cənubi afrika respublikası
rusiya xin rəhbəri sergey lavrov, briks , müzakirələr, cənubi afrika respublikası
Lavrov Moskvanın alternativ ödəniş sistemləri ilə bağlı gözləntilərini açıqladı
17:28 27.11.2023 (Yenilənib: 17:54 27.11.2023) Rusiya BRİKS-in sədri kimi bəzi qərarlar qəbul etmək üçün onların diqqətlə nəzərdən keçirilməsini təşkil edəcək.
BAKI, 27 noyabr — Sputnik. Moskva 2024-cü ildə alternativ ödəniş sistemləri ilə bağlı tövsiyələrin BRİKS-ə üzv ölkələrin liderlərinə təqdim ediləcəyini gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Müzakirələrin nəticəsi olaraq BRİKS liderlərinin BRİKS-in Yohannesburq sammitində qəbul etdikləri bəyannamədə maliyyə nazirliklərinin rəhbərlərinə və mərkəzi bankların rəhbərlərinə alternativ ödəniş platformaları ilə bağlı tövsiyələr hazırlamaq göstərişi verilib. Biz gözləyirik ki, Rusiya BRİKS-in sədri kimi bəzi qərarlar qəbul etmək üçün onların diqqətlə nəzərdən keçirilməsini təşkil edəcək", - Rusiya XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, avqustun 22-24-də Cənubi Afrika Respublikasının sədrliyi ilə Yohannesburqda Çin, Hindistan, Braziliya və CAR liderlərinin qatıldığı BRİKS-in növbəti sammiti keçirilib, Rusiyanı Lavrov təmsil edib.
Rusiya prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edib.
Sammit zamanı Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Argentina, Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını BRİKS-ə qoşulmağa rəsmi dəvət etdiyini açıqlayıb. O bildirib ki, BRİKS-ə qoşulan yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.