Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ keçmiş SSRİ-də öz QHT-lərini fəal şəkildə təbliğ edir - Lavrov

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri deyib ki, onların vəzifəsi bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir.
BAKI, 27 noyabr — Sputnik. Qeyri-hökumət təşkilatlarının (QHT) təsir aləti ideyasını irəli sürən ABŞ onları postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə bərqərar etməyə çalışır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O xatırladıb ki, Amerika Birləşmiş Ştatları minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onlardan yüzlərləsi postsovet məkanında işləyir, xüsusən Ermənistanda və Qırğızıstandadırlar.
"Onlar fəal şəkildə özlərini digər Mərkəzi Asiya ölkələrinə tanıtmağa çalışırlar. Onları qeyri-hökumət təşkilatı adlandırmaq çox çətindir", - deyə XİN rəhbəri deyib.
O qeyd edib ki, bir çox fondlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə maliyyələşir və büdcədən pul alırlar. "Onların vəzifəsi bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir", - nazir vurğulayıb.
Xəbər lenti
0