Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Kiyevdəki Avromaydan Ukraynada cari hadisələrə səbəb oldu

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 26.11.2023
Abunə olmaq
Kiyev hadisələri nasist hisslərinin çiçəklənməsinə səbəb olub. Sonradan bu, Rusiya Federasiyası, xüsusən də rusdilli əhali üçün təhlükəli rejim formalaşdırıb.
BAKI, 26 noyabr - Sputnik. Kremlin sözçüsü Dmitri Peskov Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ukraynadakı Avromaydanın azadlığa can atmağın rəmzi olduğunu bəyan etməsinə görə təəssüfləndiyini bildirib.
Bunu Peskov özünün “Telegram” kanalında yayımlanan videoda jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
O deyib: "Çox təəssüf edirəm. Zənnimcə, müasir Avropa tarixində heç vaxt hərbi çevriliş bayram kimi qəbul edilməyib".
Peskov qeyd edib ki, Kiyev hadisələri nasist hisslərinin çiçəklənməsinə səbəb olub. Sonradan bu, Rusiya Federasiyası, xüsusən də rusdilli əhali üçün təhlükəli rejim formalaşdırıb.
"Bu, Ukraynada hər gün gördüyümüz faciələrlə davam edir", - deyə Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Peskov onu da xatırladıb ki, Maydana xaricdən sponsorluq edilməsi faktı birbaşa Qərb ölkələrinin nümayəndələri tərəfindən təsdiqlənib. Bu səbəbdən də o, xüsusi əməliyyatı bütün məqsədlərinə çatmaqla başa çatdırmaq vəzifəsinin Rusiya üçün birinci yerdə olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, Prezident Vladimir Zelenski də Ukraynada yeni çevriliş cəhdinin hazırlandığını açıqlayıb.
Xəbər lenti
0