https://sputnik.az/20231125/zelenski-temas-xettindeki-veziyyete-gore-umidsizliye-qapilib-460834349.html
Zelenski təmas xəttindəki vəziyyətə görə ümidsizliyə qapılıb
Zelenski təmas xəttindəki vəziyyətə görə ümidsizliyə qapılıb
Sputnik Azərbaycan
Qərbin dəstəyi azalmağa başlayıb, buna görə də münaqişənin dayandırılması prioritet olmalıdır. 25.11.2023, Sputnik Azərbaycan
2023-11-25T11:07+0400
2023-11-25T11:07+0400
2023-11-25T11:07+0400
vladimir zelenski
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116925_0:160:3072:1888_1920x0_80_0_0_d6b6e1e00ea28432119d992a42a97720.jpg
BAKI, 25 noyabr — Sputnik. Ukraynanın müttəfiqləri Kiyev üçün münaqişənin yaxşı başa çatması ehtimalına getdikcə daha az inanırlar. Ukrayna Prezidenti Vladimir Zelenski bunu anlamağa başlayıb. Bu barədə "The American Conservative" jurnalı xəbər verib. Nəşrin müəllifləri qeyd ediblər ki, hətta hərbi komandirlər də onun səmərəsiz hücum əməliyyatlarının keçirilməsi barədə əmrlərini yerinə yetirmək istəmirlər. Ukrayna liderinin bu yaxınlarda verdiyi "qələbəmizə mənim qədər heç kim inanmır" bəyanatı ümidsizlikdən xəbər verir. Qərbin dəstəyi azalmağa başlayıb, buna görə də münaqişəyə son qoymaq prioritet məsələyə çevrilməlidir. Müəlliflər qeyd ediblər ki, bu, gərginliyin qarşısını almaq və Ukraynanın məhvini başa çatdırmaq üçün lazımdır. Bu yaxınlarda Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) çətin vəziyyəti fonunda Rusiya ilə sülh danışıqları ideyasını rədd edib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116925_171:0:2902:2048_1920x0_80_0_0_0de86128c3bde58f7fe4a3990475f99f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, ukrayna, rusiya, putin, rusiya prezidenti vladimir putin
vladimir zelenski, ukrayna, rusiya, putin, rusiya prezidenti vladimir putin
Zelenski təmas xəttindəki vəziyyətə görə ümidsizliyə qapılıb
Qərbin dəstəyi azalmağa başlayıb, buna görə də münaqişənin dayandırılması prioritet olmalıdır.
BAKI, 25 noyabr — Sputnik. Ukraynanın müttəfiqləri Kiyev üçün münaqişənin yaxşı başa çatması ehtimalına getdikcə daha az inanırlar. Ukrayna Prezidenti Vladimir Zelenski bunu anlamağa başlayıb.
Bu barədə "The American Conservative" jurnalı xəbər verib.
Nəşrin müəllifləri qeyd ediblər ki, hətta hərbi komandirlər də onun səmərəsiz hücum əməliyyatlarının keçirilməsi barədə əmrlərini yerinə yetirmək istəmirlər. Ukrayna liderinin bu yaxınlarda verdiyi "qələbəmizə mənim qədər heç kim inanmır" bəyanatı ümidsizlikdən xəbər verir.
Qərbin dəstəyi azalmağa başlayıb, buna görə də münaqişəyə son qoymaq prioritet məsələyə çevrilməlidir. Müəlliflər qeyd ediblər ki, bu, gərginliyin qarşısını almaq və Ukraynanın məhvini başa çatdırmaq üçün lazımdır.
Bu yaxınlarda Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) çətin vəziyyəti fonunda Rusiya ilə sülh danışıqları ideyasını rədd edib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.