Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti Belarusa gedib

© Sputnik / Максим Блинов Vladimir Putin
 Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Bir gün əvvəl Tacikistan prezidenti Emoməli Rəhmonun Rusiyaya səfərinin yekunları barədə danışan Putin həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdiyini qeyd edib.
BAKI, 23 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün Minskə gedib.
Görüşün əsas mövzularından biri ümumi təhlükəsizliyin təmin edilməsidir. Rusiya prezidentinin sözlərinə görə, xüsusən də bununla bağlı artıq çox iş görülüb.
Bir gün əvvəl Tacikistan prezidenti Emoməli Rəhmonun Rusiyaya səfərinin yekunları barədə danışan Putin həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdiyini qeyd edib və Moskvanın Düşənbəni S-300 hava hücumundan müdafiə sistemlərinin iki diviziyası ilə təchiz etdiyini xatırladıb. Rusiya Federasiyasının prezidenti vurğulayıb ki, Rusiya bütövlükdə KTMT üzrə bu işi davam etdirməyə və başa çatdırmağa hazırdır.
KTMT-nin qarşıdan gələn sessiyasında birgə işin nəticələrinə yekun vurulacağı və Təşkilatın gələcək inkişafı üçün təlimatların açıqlanacağı gözlənilir. Kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, xarici siyasi koordinasiyanın dərinləşdirilməsi, hərbi əməkdaşlıq, beynəlxalq terrorizm, narkotiklərin qanunsuz istehsalı və qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq və digər müasir transsərhəd çağırış və təhdidlərlə, o cümlədən bioloji təhlükəsizlik problemləri ilə mübarizənin cari aspektlərinin müzakirəsi planlaşdırılır.
KTMT-nin böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsinə, sülhməramlı qüvvələrinin inkişafına və təşkilatın tərəfdaşlıq dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcəyi planlaşdırılır.
Nümayəndə heyətlərinin başçıları qarşıdakı sessiyada aktual beynəlxalq və regional problemləri müzakirə edəcəklər.
Xəbər lenti
0