Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Rusiyanın Avropaya yaratdığı təhlükə ilə bağlı bəyanatları "isterik" adlandırıb

© Sputnik / Александр Казаков / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, deyilənlərin əksinə olaraq ABŞ-ın nəzarətində olan Avropa Rusiya Federasiyası üçün təhlükədir.
BAKI, 23 noyabr — Sputnik. Praqadan gələn "isterik" bəyanatlar Çexiya hakimiyyətini gözdən salır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbəti zamanı Çexiya Prezidenti Petr Pavelin Rusiya Federasiyası Avropaya təhlükə yaratması ilə bağlı sözlərini şərh edərkən bildirib.
"Son bir il, hətta bir neçə il ərzində biz Praqadan çoxlu isterik bəyanatlar eşitmişik. Bu cür isterik hisslər Çexiya rəhbərliyini gözdən salır. Nə etmək olar? Onlarda hakimiyyətdə olan siyasətçilər nəsli belədir", - deyə Kremlin nümayəndəsi bildirib.
O, bəyan edib ki, deyilənlərin əksinə olaraq ABŞ-ın nəzarətində olan Avropa Rusiya Federasiyası üçün təhlükədir. Peskovun sözlərinə görə, Aİ ölkələri öz qüvvələrini Rusiya sərhədlərinə yaxınlaşdıran NATO blokunun bir hissəsidir.
"Bizim üçün təhlükə yaradan məhz budur", - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Çexiya prezidenti Rusiya Federasiyasını Avropa üçün əsas təhlükə adlandırıb və Avropa ərazisində yüksək intensivlikli münaqişənin mümkünlüyünü bəyan edib.
Xəbər lenti
0