Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin G20 liderlərinin iclasında çıxış edəcək

© Sputnik / Sergei Savostyanov / POOL / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Baş nazir Narendra Modi bu gün G20 liderlərinin virtual görüşünə ev sahibliyi edəcək. İclasa Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Co Bayden qatılmayacaq.
BAKI, 22 noyabr - Sputnik. G20 liderlərinin virtual formatda iclası keçiriləcək, Rusiya Prezidenti Vladimir Putin çıxış edəcək.
Bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Baş nazir Narendra Modi bu gün G20 liderlərinin virtual görüşünə ev sahibliyi edəcək. İclasa Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Co Bayden qatılmayacaq.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, ölkəni Baş nazir Li Qianq iclasda təmsil edəcək. Kreml də Rusiya Prezidenti Vladimir Putinin iclasa qatılacağını və çıxış edəcəyini bildirib.
19.11.23, 17:02
Gələn həftə Rusiya Prezidenti Vladimir Putin G20 onlayn sammitində və BRİKS liderləri ilə telekonfransda, eləcə də bir sıra digər tədbirlərdə iştirak edəcək.
Bu barədə “Rossiya-1” telekanalındakı “Moskva. Kreml. Putin” verilişində xəbər verilib.
Noyabrın 22-də Hindistanın ev sahibliyi edəcəyi virtual G20 sammiti planlaşdırılır. Eyni zamanda, BRİKS liderləri arasında telekörpü də baş tutacaq.
Bundan əlavə, Putin Moskvada Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşəcək. Noyabrın 23-də o, Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.
Dövlət başçısı, həmçinin “Sberbank”ın təşkil etdiyi süni intellekt üzrə “AI Journey” konfransında da çıxış edəcək. Bundan əlavə, gündəliyə hökumətlə görüş, ictimai nəqliyyatla bağlı tədbir və vergi işçilərinin peşə bayramı münasibətilə təbrikləri daxildir. Kreml prezidentin gələn həftə üçün iş qrafikini rəsmən açıqlamayıb.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Ukraynadakı vəziyyət kontekstində Moskvanın güzəştə gedə biləcəyi bir ssenari görmür.
Xəbər lenti
0