https://sputnik.az/20231121/xn-rusiya-simal-axinindaki-partlayislara-gore-kompensasiya-telebini-istisna-etmir-460740770.html
XİN: Rusiya "Şimal axını"ndakı partlayışlara görə kompensasiya tələbini istisna etmir
XİN: Rusiya "Şimal axını"ndakı partlayışlara görə kompensasiya tələbini istisna etmir
Sputnik Azərbaycan
Bu ilin martında Biriçevski bildirmişdi ki, Moskva son nəticədə "Şimal axını" qaz kəmərlərinin partlaması nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsini... 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T19:30+0400
2023-11-21T19:30+0400
2023-11-21T19:30+0400
xin
rusiya
"şimal axını-2"
avropa
qaz
qaz xətti
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446814627_0:25:1146:670_1920x0_80_0_0_a1070c553465863a1d28018afd12c106.jpg
BAKI, 21 noyabr — Sputnik. Moskva "Şimal axını" partlayışları ilə əlaqədar təhqiqat başa çatdıqdan sonra təzminat tələbi ilə çıxış edəcəyini istisna etmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski RİA Novosti-yə bildirib. "İstintaq hələ başa çatmayıb, biz Təhlükəsizlik Şurasında araşdırmanın nəticələrini gözləyirik, sonra nə edəcəyimizə baxacağıq" - Biriçevski kompensasiya üçün mümkün iddiaların irəli sürülməsi ilə bağlı sualı cavablandırarkən deyib. Bu ilin martında Biriçevski bildirmişdi ki, Moskva son nəticədə "Şimal axını" qaz kəmərlərinin partlaması nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsini qaldıra bilər. Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlı təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinə dəyən ziyan görünməmiş dərəcədədir və təmirin müddətini hesablamaq mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. "Şimal axını" qaz kəmərlərində baş verən partlayışların ildönümündə Rusiya BMT Təhlükəsizlik Şurasının brifinqi zamanı Təhlükəsizlik Şurası sədrinin məsələ ilə bağlı qərəzsiz beynəlxalq təhqiqatın aparılması zərurətindən bəhs edən bəyanat layihəsi hazırladığını elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446814627_111:0:1036:694_1920x0_80_0_0_faf9163b8459197ed0428bd72ce4853c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin, "şimal axını-2", avropa, qaz, qaz xətti
xin, "şimal axını-2", avropa, qaz, qaz xətti
XİN: Rusiya "Şimal axını"ndakı partlayışlara görə kompensasiya tələbini istisna etmir
Bu ilin martında Biriçevski bildirmişdi ki, Moskva son nəticədə "Şimal axını" qaz kəmərlərinin partlaması nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsini qaldıra bilər.
BAKI, 21 noyabr — Sputnik. Moskva "Şimal axını" partlayışları ilə əlaqədar təhqiqat başa çatdıqdan sonra təzminat tələbi ilə çıxış edəcəyini istisna etmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski RİA Novosti-yə bildirib.
"İstintaq hələ başa çatmayıb, biz Təhlükəsizlik Şurasında araşdırmanın nəticələrini gözləyirik, sonra nə edəcəyimizə baxacağıq" - Biriçevski kompensasiya üçün mümkün iddiaların irəli sürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Bu ilin martında Biriçevski bildirmişdi ki, Moskva son nəticədə "Şimal axını" qaz kəmərlərinin partlaması nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsini qaldıra bilər.
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlı təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinə dəyən ziyan görünməmiş dərəcədədir və təmirin müddətini hesablamaq mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
"Şimal axını" qaz kəmərlərində baş verən partlayışların ildönümündə Rusiya BMT Təhlükəsizlik Şurasının brifinqi zamanı Təhlükəsizlik Şurası sədrinin məsələ ilə bağlı qərəzsiz beynəlxalq təhqiqatın aparılması zərurətindən bəhs edən bəyanat layihəsi hazırladığını elan edib.