https://sputnik.az/20231121/rusiyanin-mudafie-naziri-son-bir-ayda-ukraynanin-itkilerini-aciqlayib-460750490.html
Rusiyanın müdafiə naziri son bir ayda Ukraynanın itkilərini açıqlayıb
Rusiyanın müdafiə naziri son bir ayda Ukraynanın itkilərini açıqlayıb
Sputnik Azərbaycan
Sergey Şoyqunun sözlərinə görə, bir çox Ukrayna hərbçisi Rusiya müdafiəsini yarmaq cəhdlərinin mənasızlığını anlayaraq təslim olur. 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T21:41+0400
2023-11-21T21:41+0400
2023-11-21T22:15+0400
sergey şoyqu
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e4/08/19/424764776_0:0:2800:1575_1920x0_80_0_0_0f35b780ed00c886d24eb933f961ccbf.jpg
BAKI, 21 noyabr — Sputnik. Bu ilin noyabr ayı ərzində düşmən 13700 nəfərdən çox itki verib və 1800-ə yaxın silah və hərbi texnika itirib. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında deyib. "Ümumilikdə, noyabr ayının əvvəlindən düşmən 13700-dən çox insan, 1800-ə yaxın müxtəlif silah və hərbi texnika itirib" - Şoyqu bildirib. Xüsusilə, nazir qeyd edib ki, Xerson istiqamətində desant əməliyyatı keçirməyə cəhd edən Ukrayna dəniz piyadaları və xüsusi əməliyyat qüvvələrinin bölmələri böyük itkilərə məruz qalıb. Bütün bu cəhdlər Rusiya hərbçilərinin fəal və peşəkar hərəkətləri sayəsində uğursuz olub. Sergey Şoyqu həmçinin əlavə edib ki, Rusiya müdafiəsini yarmaq cəhdlərinin mənasızlığını anlayaraq, bir çox Ukrayna hərbçisi təslim olur. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Putinin fikrincə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/19/424764776_237:0:2726:1867_1920x0_80_0_0_fc5c27556a41f5a08ee539200501b543.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey şoyqu, ukrayna, rusiya, rusiya prezidenti vladimir putin, vladimir putin
sergey şoyqu, ukrayna, rusiya, rusiya prezidenti vladimir putin, vladimir putin
Rusiyanın müdafiə naziri son bir ayda Ukraynanın itkilərini açıqlayıb
21:41 21.11.2023 (Yenilənib: 22:15 21.11.2023) Sergey Şoyqunun sözlərinə görə, bir çox Ukrayna hərbçisi Rusiya müdafiəsini yarmaq cəhdlərinin mənasızlığını anlayaraq təslim olur.
BAKI, 21 noyabr — Sputnik. Bu ilin noyabr ayı ərzində düşmən 13700 nəfərdən çox itki verib və 1800-ə yaxın silah və hərbi texnika itirib.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.
"Ümumilikdə, noyabr ayının əvvəlindən düşmən 13700-dən çox insan, 1800-ə yaxın müxtəlif silah və hərbi texnika itirib" - Şoyqu bildirib.
Xüsusilə, nazir qeyd edib ki, Xerson istiqamətində desant əməliyyatı keçirməyə cəhd edən Ukrayna dəniz piyadaları və xüsusi əməliyyat qüvvələrinin bölmələri böyük itkilərə məruz qalıb. Bütün bu cəhdlər Rusiya hərbçilərinin fəal və peşəkar hərəkətləri sayəsində uğursuz olub.
Sergey Şoyqu həmçinin əlavə edib ki, Rusiya müdafiəsini yarmaq cəhdlərinin mənasızlığını anlayaraq, bir çox Ukrayna hərbçisi təslim olur.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Putinin fikrincə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.