Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qəzzada hərbi əməliyyatları dayandırmaq və girovları azad etmək lazımdır - Lavrov

© Sputnik / МИД РФ / Mediabanka keçidLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Nazir Qəzza zolağına gələn humanitar yardımın həcminin yetərli olmadığını vurğulayıb.
BAKI, 21 noyabr — Sputnik. Qəzza zolağına çatan humanitar yardımın həcmi yetərli deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazirin sözlərinə görə, hazırda əsas prioritet hərbi əməliyyatların dayandırılması, girovların azad edilməsi və humanitar problemin həllidir.
Lavrov həmçinin Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlar prosesinin yenidən başlaması üçün hazırlıqlara başlamağa çağırıb.
Bu yaxınlarda Qətər Xarici İşlər Nazirliyi İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların başa çatdığını bildirib.
Eyni zamanda, İsrail müdafiə naziri Benni Qantz qeyd edib ki, İsrail ordusu HƏMAS girovlarının azad edilməsi üçün zəruri olan barışıqdan sonra Qəzza zolağında əməliyyatı davam etdirəcək.
Xəbər lenti
0