Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ bizim torpaqlarımızın işğal altında qalmasında maraqlı olub - Səməd Seyidov

© Sputnik / Murad Orujov Səməd Seyidov
 Səməd Seyidov - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Əgər Bayden sənədi imzalasa, Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə dəyəcək.
BAKI, 21 noyabr - Sputnik. "ABŞ özü-özünü regiondan təcrid edəcək".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, bizə qarşı iki cəbhədə müharibə aparılır. Cəbhələrdən biri birbaşa təcavüzlə məşğul olan cinayətkarlardır. Azərbaycan onlara qalib gəlib. İkinci cəbhədə isə bu ölkənin gələcək baxışlarına təcavüz edilir:
"1992-ci ildə 907-ci düzəlişin qəbulu da bu qəbildəndir. Çox təəssüflər olsun ki, Qərb Azərbaycan həqiqətlərini görmək istəmədi. İşğala məruz qalan Azərbaycan təzyiqlərlə üzləşirdi, işğalçı Ermənistan isə heç bir təzyiqə məruz qalmırdı. ABŞ üçün qırmızı xətt Azərbaycanın tam şəkildə öz ərazisinə nəzarət etməsi idi. ABŞ Senatında "S-3000" adı altında bir akt qəbul olunub, çünki faktiki Ermənistanın müdafiəsi aktı öz içərisində Azərbaycanı sanksiyalar altına almağı əks etdirir. Ermənistanın müdafiəsi Azərbaycanı sanksiyalar altına almaqdan keçirmiş. Faktiki bu, ikili standartları yenidən tətbiq etmək deməkdir".
Seyidov qeyd edib ki, Senatda qəbul edilən bu sənəd Nümayəndələr Palatasında da qəbul edilməli, sonda ABŞ Prezidenti Co Bayden bu sənədi təsdiq etməlidir. Əgər Bayden bu sənədi imzalasa, Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə dəyəcək.
"Zərbə bu dəfə ABŞ-ın özünə dəyəcək. Bu dəfə ABŞ Azərbaycanın enerji təhlükəsizliyində rolundan kənarda qalacaq. Faktiki ABŞ bu sənədi qəbul edəndən sonra özü-özünü regiondan təcrid edəcək. Görünür, ABŞ bizim torpaqlarımızın işğal altında qalmasında maraqlı olub" - deputat əalvə edib.
Deputat Tural Gəncəliyev də çıxışında bildirib ki, son günlər ABŞ-nin Azərbaycanla bağlı qərəzli mövqeyi özünü daha açıq büruzə verir. Bütün bunlar ABŞ-nin ölkəmizlə bağlı iç üzünü göstərir:
"Biz indi başa düşürük ki, 30 il ərzində ATƏT həmsədri olan ABŞ bizim torpaqlarımızın işğal altında qalmasında maraqlı olub".
"ABŞ Senatının aktı qəbuledilməzdir"
Deputat Siyavuş Novruzov deyib ki, ABŞ Senatının aktı qəbuledilməzdir. Azərbaycana qarşı ədalətsiz qərar qəbul olunub. ABŞ 2000-ci illərə qədər mətbuat azadlığı və s. adlar altında pərdələnərək ölkələrin ərazilərinə müdaxilə edirdisə, indi bu açıq şəkilə keçib: "Əvvəlki ABŞ-dən artıq əsər-əlamət yoxdur. ABŞ imperialist dövlət kimi ədalətsizliyin təbliğatçısına çevrilib".
Qeyd edək ki, Milli Məclisdə ABŞ Senatına cavab bəyanatı hazırlamaq üçün komissiya yaradılıb.
Xatırladaq ki, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı qadağanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib.
Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun Azərbaycanla bağlı 907-ci düzəlişin qüvvəsini dayandırmamağı nəzərdə tutur.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.
Xəbər lenti
0